AŞIQ2is. 1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü.
// Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədərpulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski. Tağalaq, qarqara, sap sarman balaca taxta. Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə. □□ Araz aşıgından, Kür topuğundan - heç bir şeydən qorxusu, çəkinəcəyi olmayan, heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər.. Mənim Araz aşığımdandır, Kür topuğumdan... N.Vəzirov. Aşığı (maçası) alçı durmaq - bəxti gətirmək, işi rast gəlmək. Paylaşın - Hamı bilsin
|