AŞINDIRMA (ID - 1951)“Aşmdırmaq”dan f.is.
|
AŞINDIRMAQ (ID - 1952)f xüs. 1. Kimyəvi üsulla və ya sürtüb oymaq vasitəsilə çuxurlatmaq, naxış açmaq.
2. Bir şeyin üzərindəki yazmı, naxışı və s.-ni silmək, yox etmək. |
AŞINMA (ID - 1953)“Aşmmaq”dan f.is. İsti və quraqlıq keçən yay fəsillərində asan aşınmaya uğrayan şistlər xırdalanır, qismən toz halına keçir. M.Qaşqay. Süxurların möhkəmliyi onların mineraloji tərkibindən, mineralların aşınması dərəcəsindən,...
|
AŞINMAQ (ID - 1954)f 1. Kimyəvi üsulla, yaxud sürtülüb oyulmaq nəticəsində çuxurlanmaq, naxış açılmaq.
2. Çox sürtülməkdən oyulub çuxurlanmaq, yaxud külək və s. təsiri ilə üstündən çıxmtılar və s. silinib getmək, yox olmaq. ...aşırı... |
AŞIRILMA (ID - 1955)“Aşırılmaq”dan f.is.
|
AŞIRILMAQ (ID - 1956)1. “Aşırmaq”dan məch.
t-siz. Minmək. Rüstəm atını hündür bir daşa çəkib, onun üstünə aşırıldı. S.Rəhimov. t-siz. Üzərindən atılıb düşmək, aşmaq. Atdan aşırılıb düşmək. t-siz. Çevrilmək. O, çarpayıda... |
AŞIRIM (ID - 1957)is. Dağm beli, dağm aşıb keçmək üçün yararlı yeri. Aşırımları aşdı, keçirimləri keçdi, özünü Ruma yetirdi. “Koroğlu”. ..Yuxarı aşırıma doğru yönələrkən ovçuya elə gəldi ki, Maral gölünün gözü dolmuşdur. Ə.Məmmədxanlı....
|
AŞIRMA (ID - 1958)is. 1. “Aşırmaq”dan f.is.
Bir şeyin üstündən atılan, sallanan və ya bağlanan bağ. Şalvarı düşməyə qoymamaq üçün çiyindən keçirilib şalvara bənd edilən lentşəkilli qoşa bağ; şalvar asmalığı. Rezin aşırma. ... |
AŞIRMAQ (ID - 1959)f 1. Qaldırıb qoymaq, yükləmək. Yükü atın belinə aşırmaq. Yeşiyi dalına aşırmaq.
Üzərindən keçirmək, sallamaq. ..Müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, .. lülələnmiş tənbəki yarpağını yandırıb... |
AŞIRTMAQ (ID - 1960)f. b a x aşırmaq 1, 3 və 5-ci mənalarda.
|
AŞISIZ (ID - 1961)sif. Aşı vurulmamış, aşılanmamış. Aşısız dəri. Aşısız gön.
|
AŞİKAR (ID - 1962)[fars.] klas. bax aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur. C.Məmmədquluzadə. Birdən-birə göründü gözə bir xərabəzar; Görəsən nə qəmli mənzərələr aşikar idi. M.Hadi. Papaqların bəzisi uzun qovun çeşnisində...
|
AŞİQ (ID - 1963)is. [ər.] Birisinə məhəbbət bağlamış, vurulmuş, bənd olmuş adam; vurğun. Eyləməz xəlvət sərayi-sirri-vəhdət məhrəmi; Aşiqi məşuqdən, məşuqi aşiqdən cida. Füzuli. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan....
|
AŞİQANƏ (ID - 1964)sif. [ər. aşiq və fars. ...anə] Eşqə, məhəbbətə, sevgiyə aid olan; eşq, məhəbbət, sevgi ifadə edən. Aşiqanə məktub. Aşiqanə roman. Aşiqanə lirika. Aşiqanə nəzər salmaq. - Mən aşiqəm, həmişə sözüm aşiqanədir. Füzuli....
|
AŞİQLİK (ID - 1965)is. Aşiqin, birinə vurulmuş adamın halı; aşiq olma, eşqə mübtəla olma;
vurulma, bənd olma. Məndə Məcnundan füzun aşiqlik istedadı var. Füzuli. Aşiqlik işinə xeyli pürfənəm; Fərhada, Məcnuna, Vamiqə tənəm. Q.Zakir. |
AŞİQ-MƏŞUQ (ID - 1966)[ər.] Bir-birinə bərk vurulma (vurulmuş).
□ Aşiq-məşuq olmaq -bir-birinə bərk vurulmaq. [Bədircahan:] Züleyxa xanım sənə belə aşkarca aşiqməşuq olub dinməz-söyləməz. N.Vəzirov. |
AŞİNA (ID - 1967)is. və sif. [fars.] klas. 1. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd.
□ Aşina olmaq - tanış olmaq, bələd olmaq. 2. Dost, yaxın yoldaş. Görən kim oldu bu gülşəndə aşinası gülün? X.Natəvan. Biganələrlə çünki olur... |
AŞİNALIQ (ID - 1968)b a x aşnalıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq Dilqəm.
|
AŞİYAN (ID - 1969)is. [fars.] şair. Yuva, quş yuvası. Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natəvan. Orada indi başqa məhəbbət, başqa eşq aşiyan edəsidir. S.S.Axundov. De, hansı məclisdə sənsiz...
|
AŞİYANƏ (ID - 1970)[fars.] b a x aşiyan. Yəqin ki, şaxi-gül üstündə aşiyanə tikib; O qarə zülf camalında birpərəstudur. S.Ə.Şirvani. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.
|
AŞKAR (ID - 1971)1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş.
Aşkar etmək - meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək. Vəziyyəti aşkar etmək lazımdır.... |
AŞKARA (ID - 1972)sif və zərf Açıqdan açığa, açıq-aydın. [Divanbəyi:] Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? M.F.Axundzadə. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov.
Aşkara çıxarmaq - meydana çıxarmaq,... |
AŞKARCA (ID - 1973)zərf (bəzən aşikarca şəklində də təsadüf edilir). b a x aşkara. Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu. Mir Cəlal.
|
AŞKARLIQ (ID - 1974)is. Aydınlıq, açıqlıq, göz qabağında olma, zahirdə olma, məlum olma.
|
AŞQAL (ID - 1975)sif. məh. Arıq, döllüyə yaramayan
|
AŞQALLANMA (ID - 1976)“Aşqallanmaq”dan f.is.
|
AŞQALLANMAQ (ID - 1977) f. məh. Pozulmaq, xarab olmaq, cırlaşmaq, yararsız olmaq (qoyun).
|
AŞQAR (ID - 1978)is. Müəyyən məqsədlə bir şeyə əlavə edilən, qatılan başqa maddə; bir şeyin tərkibinə daxil olan maddə, ünsür; xəlitə. Bu unda aşqar var. - Hamısı Allah bəndəsi .. akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan [adamlardır]...
|
AŞQARLI (ID - 1979)sif Aşqarı olan, tərkibinə başqa şey, başqa ünsür qatılmış olan.
|
AŞQARSIZ (ID - 1980)sif. Tərkibində başqa şey, başqa ünsür olmayan; heç bir şey qatılmamış; xalis, təmiz. Aşqarsız un.
|
AŞLAMA (ID - 1981)“Aşlamaq”dan f.is.
|
AŞLAMAQ (ID - 1982)b a x aşılamaq.
|
AŞLANMA (ID - 1983)“Aşlanmaq”dan f.is.
|
AŞLANMAQ (ID - 1984)b a x aşılanmaq.
|
AŞLI (ID - 1985)sif. Aşa qoyulmuş. Aşlı gön. Aşlı dəri. - Aşıq Abbas aşlı çarıqlarını yerə sürtəsürtə mərəkəni süzür, əyilib qalxır, bükülüb açılır, gülməli şeylər oxuyurdu. Mir Cəlal.
|
AŞLIQ (ID - 1986)sif. Aş üçün, plov üçün yararlı. Aşlıq düyü.
|
AŞMA (ID - 1987)“Aşmaq”dan f.is.
|
AŞMAQ (ID - 1988)f 1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi. Dərəni aşdım. Meşənin içərisinə cənuba...
|
AŞNA (ID - 1989)is. 1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş. Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi. [Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin...
|
AŞNABAZ (ID - 1990)sif. vulq. köhn. Arvadbaz, aşna saxlayan (b a x aşna 2-ci mənada).
|
AŞNABAZLIQ (ID - 1991)is. dan. 1. Bir işə ümumi mənafe nöqteyi-nəzərindən deyil, dostluq, şəxsi münasibət nöqteyi-nəzərindən yanaşma, bir işdə öz dostlarına, yaxın adamlarına üstünlük vermə, tərəfgirlik etmə; dostbazlıq.
zar. Sevişmə; qadınla-qızla... |
AŞNA-DOST (ID - 1992)top. Dostlar, bir-birinə yaxın adamlar, dost-aşna. [Cahan:] Kişi, yenə aşna-dostlarını başına yığmısan, xeyirdirmi? Ə.Haqverdiyev. [Qulu:] [Adam] bu dünyada yeyər, içər, aşna-dosta xərclər, kef elər. S.S.Axundov. İclas bitdi. Hər...
|
AŞNALAŞMA (ID - 1993)“Aşnalaşmaq”dan f.is.
|
AŞNALAŞMAQ (ID - 1994)f. 1. Dostlaşmaq, yaxmlaşmaq. Axır vaxtlar onlar çox aşnalaşmışlar.
2. Bir iş və s. ilə tanış olmaq, bələd olmaq, işə öyrəşib alışmaq. İşlə aşnalaşmaq. Vəziyyətlə aşnalaşmaq. |
AŞNALIQ (ID - 1995)is. 1. Dostluq, yaxınlıq, tanışlıq. Aşnalıq etmək. Aşnalığı kəsmək. - [Səkinə xanım:] Çox-çox razıyam, Ağa Kərim ki aşnalığı unutmayıb, öz dostunun bacısını belə vaxtlarda yad edirsən! M.F.Axundzadə. [Kitabpaylayan:]...
|
AŞPAZ (ID - 1996)is. [fars.] Xörək bişirən, xörək hazırlayan usta. Aşpazdan küsən evinə ac gedər. (Ata. sözü). Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik. C.Məmmədquluzadə.
|
AŞPAZBAŞI (ID - 1997)is. Baş aşpaz, aşpazların başçısı.
|
AŞPAZXANA (ID - 1998)is. [fars.] Mətbəx. Aşpazxanada yeyir, dulusxanada hürür. (Ata. sözü). Nökər cücələri və yumurtaları apardı
aşpazxanaya və ulağı sürüb qatdı töyləyə. C.Məmmədquluzadə. [Ağa Kərim xan:] Eybi yoxdur, get aşpazxanaya, bir... |
AŞPAZLIQ (ID - 1999)is. Aşpaz sənəti, işi. Aşpazlıq etmək. Aşpazlıq kursları.
|
AŞSÜZƏN (ID - 2000)is. Aşın düyüsünü və s.-ni süzməyə məxsus deşik-deşik qab. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən altında saxladıq. S.S.Axundov.
|
Bu səhifə dəfə baxılıb