
AŞNALIQis. 1. Dostluq, yaxınlıq, tanışlıq. Aşnalıq etmək. Aşnalığı kəsmək. - [Səkinə xanım:] Çox-çox razıyam, Ağa Kərim ki aşnalığı unutmayıb, öz dostunun bacısını belə vaxtlarda yad edirsən! M.F.Axundzadə. [Kitabpaylayan:] Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə də qədimdən aşnalığım var. Ə.Haqverdiyev.
2. Bir işlə tanışlıq, bələdlik, xəbərdarlıq. Aşnalığın olmayan işdən yapışma! Paylaşın - Hamı bilsin
|