
AŞIRMAis. 1. “Aşırmaq”dan f.is.
Bir şeyin üstündən atılan, sallanan və ya bağlanan bağ. Şalvarı düşməyə qoymamaq üçün çiyindən keçirilib şalvara bənd edilən lentşəkilli qoşa bağ; şalvar asmalığı. Rezin aşırma. □□ Aşırma atəş - müharibədə: mərmilərin qabaqda duran qoşunların başı üstündən və ya maneələr (meşə, təpə, kənd) üzərindən atmaqla düşmənin uzaq mövqelərini topa tutma. Aşırma qatar köhn. - sağ çiyin ilə sol qoltuq arasından keçirilən qatar, patrondaş. Paylaşın - Hamı bilsin
|