AŞMAQf 1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi. Dərəni aşdım. Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun. KeçərəkMil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil.
Keçmək, düşmək, çıxmaq. [Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq. // Ötmək, atlamaq, keçmək. Gecə ortasından aşmışdı vəyayın isti xamuşluğunupozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı. Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov. Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka .. vardı. Ə.Əbülhəsən. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq. - Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir. Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət. [Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov. Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|