İzahlı lüğət

AMPER (ID - 1301)

[xüs. is. -dən] fiz. Elektrik cərəyanı gücünün ölçü vahidi. Mütləq amper.

AMPERMETR (ID - 1302)

[xüs. is. amper və yun. metr] fiz. Elektrik cərəyanı şiddətini ölçmək üçün cihaz. Ampermetrin daxili müqaviməti.

AMPİR (ID - 1303)

[fr.] sənət. I Napoleonun imperatorluğu dövründə Fransada meydana gəlmiş bədii üslub (əsasən memarlıqda və tətbiqi incəsənətdə). Klassisizm zəminində yaranmış ampir üslubu.

AMPLİTUDA (ID - 1304)

[lat.] fiz. 1. Rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə. Rəqs amplitudası.
2. Barometrdə və ya termometrdə yüksəkliklər fərqi.

AMPLUA (ID - 1305)

[fr.] 1. Aktyorun xüsusiyyətinə görə ifa etdiyi müəyyən rollar dairəsi. Sənətdə Ərəblinskinin ampluası möhtəşəm qəhrəmanlar rolu idi. S.M.Qənizadə. [Ruhulla] ancaq Ərəblinski ilə tanış olandan sonra öz ampluasını tapa bildi....

AMPUL (ID - 1306)

is. [lat.] tib. İçində dərman maddələri saxlamaq üçün hər tərəfi qapalı şüşə borucuq.

AMYÖB (ID - 1307)

AN (ID - 1308)

is. [ər.] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət.
□ Bir an, bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. - Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım. Gözünü uşaqdan,...

ANA (ID - 1309)

is. 1. Övladı olan qadın. Ana məhəbbəti. Mehriban ana. Bütün qədim şairlər analarının südü ilə yoğrulmuş dildə yazırdılar.
Anasına bax, qızını al. (Məsəl). [Zeynəb:] Eh, Dilrüba, sən özün də ana olacaqsan. M.S.Ordubadi....

ANA-BACI (ID - 1310)

is. dan. Ana və bacı kimi olanlar, bir-birinə çox yaxın olanlar; yaxın dostlar, rəfiqələr.

ANA-BALA (ID - 1311)

is. Ana ilə oğlu və ya qızı. Səməd getdi. Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı. Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil.
// Heyvanlar haqqında. Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən...

ANAC (ID - 1312)

sif. 1. Dəfələrlə bala doğub, yaxud bala yetişdirib qartlaşmış (heyvan haqqında).
// İri, yekə, güclü, qüvvətli (heyvan haqqında). Anac qurbağa. Anac toyuq. - Amma kənddən çıxıb bostanlar arasındakı cığıra təzəcə ayaq...

ANACAN (ID - 1313)

is. Anaya nəvaz işlə müraciət. [Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”.

ANACIQ, ANACIĞAZ (ID - 1314)

“Ana”dan oxş.

ANACLANMAQ (ID - 1315)

f. dan. Böyümək, yekələşmək.
// Qocalıb təcrübəliləşmək, ustalaşmaq.

ANACLIQ (ID - 1316)

is. 1. Dəfələrlə bala doğub yetişdirmiş və qartlaşmış heyvanın halı.
2. İrilik, yekəlik.

ANA(DAN)BİR (ID - 1317)

sif. Bir anadan olan, bir anadan doğulan.

ANADANDOĞMA (ID - 1318)

b a x anadangəlmə.

ANADANGƏLMƏ (ID - 1319)

sif. 1. Lap doğulandan xas olan; xilqətində, yaradılışında olan; fitri. Anadangəlmə nöqsan. Anadangəlmə pəltək. Anadangəlmə lal. - [Mürşüd:] Adamda gərək qanacaq anadangəlmə olsun. S.Rəhman. [Əzizin] ..anadangəlmə sağ ayağı...

ANAFORA (ID - 1320)

is. [yun.] Misraların əvvəlində eyni səsin və ya eyni sözün təkrarı.

ANAXRONIZM (ID - 1321)

[yun.] Bədii əsərdə keçmişin təsvirində xronoloji dəqiqliyin bilmədən, yaxud bilərəkdən pozularaq başqa dövrün hadisə əlamətlərinin əsərə gətirilməsi. Orta əsrlər, İntibah dövrü və klassisizm incəsənəti və ədəbiyyatı...

ANAXTAR (ID - 1322)

is. məh. Açar; sandıq açarı.

ANAKONDA (ID - 1323)

is. [isp.] Yatağanlar fəsiləsindən ən böyük ilan. Anakondanın rəngi zeytunu-bozdur.

ANALGİN (ID - 1324)

is. [yun.] əcz. Ağrıkəsici, qızdırmasalan və iltihaba qarşı dərman preparatı. Analginin ən yüksək dozası.

ANALI (ID - 1325)

sif. Anası olan. Analı uşaq. Analı quzu. - Analı quzu, xınalı quzu. (Məsəl). Analı evlərdə cənnət yaranar; Anasız evlərdə həsrət yaranar. Şəhriyar.

ANALI-ATALI (ID - 1326)

sif Anası və atası olan. Analı-atalı (z.) böyüsün.

ANALI-BALALI (ID - 1327)

zərf Ana ilə bala bir yerdə, hamısı bir yerdə, bərabər. Analıbalalı bütün qoyunları siyahıya almaq.

ANALIQ (ID - 1328)

is. 1. Ananın öz uşaqları ilə olan əlaqə və münasibəti, ana vəzifəsi. Analıq hissi. Analıq borcu. Analıq etmək. Analıq insan sevincinin tükənməz mənbəyidir.
Cəmalə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı, bir analıq...

ANALİTİK (ID - 1329)

sif. Analizə aid olan, analizə xas olan; analiz tətbiq edən. Analitik təhlil mərkəzi. Analitik üsul.
□ Analitik dillər dilç. - cümlələrdə sözlər arasındakı əlaqə sözlərin özlərinin formaları ilə deyil, köməkçi sözlər,...

ANALİZ (ID - 1330)

[yun.] Tədqiq olunan şeyin hansı tərkib hissələrindən ibarət olduğunu, yaxud onun tərkibinə nə miqdarda bu və ya digər maddənin daxil olduğunu müəyyən etmək üçün tətbiq edilən əməliyyat; təhlil. Analiz və sintez. Kimyəvi...

ANALOGİYA (ID - 1331)

[yun.] 1. Hadisələr, məfhumlar, şeylər arasında oxşarlıq, bənzərlik, uyğunluq.
2. Məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də birbirlərinə...

ANANAS (ID - 1332)

ANARXIST (ID - 1333)

Anarxizm tərəfdarı.

ANARXİYA (ID - 1334)

[yun.] Hərc-mərclik, hökumətsizlik, başlı-başmalıq, qarışıqlıq, pozğunluq.

ANARXIZM (ID - 1335)

[yun.] 1. Hər cür dövlət hakimiyyətini və siyasi mübarizəni inkar edən və proletariatın inqilabi hakimiyyəti əleyhinə çıxan xırda burjua ictimai-siyasi cərəyanı. Anarxizmin əsas ideyası.
2. məc. Hərc-mərclik, qarışıqlıq,...

ANARXO-SİNDİKALİST (ID - 1336)

Anarxo-sindikalizm tərəfdarı.

ANARXO-SİNDİKALIZM (ID - 1337)

Beynəlxalq həmkarlar ittifaqı hərəkatında ideoloji və siyasi cəhətdən anarxizm təsiri altında olan cərəyan. Anarxo-sindikalizmin mövqeləri zəiflədi.

ANASIZ (ID - 1338)

sif. və is. Anası olmayan, ana tərəfdən yetim. Anasızın gördüyü iş danlaqsız bitməz. (Ata. sözü). [Fərhad:] Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim olar. Ə.Haqverdiyev.

ANASIZLIQ (ID - 1339)

is. Anasız adamın halı.

ANAŞA (ID - 1340)

is. dan. Xaşxaşdan hasil olan çox zəhərli narkotik maddə.

ANAŞAÇƏKƏN (ID - 1341)

bax anaşaçı 1-ci mənada.

ANAŞAÇI (ID - 1342)

is. dan. 1. Anaşa çəkən adam.

Anaşa (ID - 1343)

hazırlayan və ya satan adam.

ANATOM (ID - 1344)

is. [yun.] Anatomiya mütəxəssisi, anatomiya ilə məşğul olan alim.

ANATOMİK (ID - 1345)

sif Anatomiyaya aid olan. Anatomik atlas. Bədənin anatomik quruluşu.

ANATOMİYA (ID - 1346)

is. [yun.] Canlı orqanizmin forma və quruluşundan bəhs edən elm. İnsan anatomiyası. Bitki anatomiyası. Anatomiya terminləri lüğəti.

ANAYOLU (ID - 1347)

is. etnoqr. Köhnə məişətdə: ərə gedən qızın ər evindən anasına gətirdiyi hədiyyə, sovqat.

ANBAAN (ID - 1348)

zərf Getdikcə, tədriclə; dəqiqəbədəqiqə, arası kəsilmədən, fasiləsiz. Xəstənin qızdırması anbaan artır. - Boy artdıqca anbaan, divarlar qarış-qarış; Palçıqdan ətir qalxdı, a dostlar, gülab kimi. S.Rüstəm.

ANBAR (ID - 1349)

is. Taxıl, ərzaq, mal və s. saxlanmaq üçün xüsusi bina, tikili. Taxıl anbarı. Ərzaq anbarı.
□ Anbara vurmaq - 1) saxlamaq üçün anbara yığmaq; 2) məc. sonradan baha qiymətə satmaq üçün yığıb saxlamaq. Bir anbar - anbar dolusu,...

ANBARÇI (ID - 1350)

is. 1. Anbara baxan və ya anbarda işləyən adam; anbardar.
2. köhn. Keçmişdə anbarda külli miqdarda mal saxlayan iri tacir.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed