ANAis. 1. Övladı olan qadın. Ana məhəbbəti. Mehriban ana. Bütün qədim şairlər analarının südü ilə yoğrulmuş dildə yazırdılar.
Anasına bax, qızını al. (Məsəl). [Zeynəb:] Eh, Dilrüba, sən özün də ana olacaqsan. M.S.Ordubadi. Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. Dörd ay vardı, ananın gözləriyol çəkirdi. S.Rüstəm. // Məc. mənada. Zaman bizə bir anadır; Biz zamanın övladıyıq! S.Vurğun. Öz balalarına nisbətən heyvan, balası olan heyvan. Quzular analarını əmirlər. Pişiyin balası lap anasına oxşayır. Yaşlı qadına hörmətlə müraciət. Ana, bir az su verin. məc. Bir şeyin əsas qismi, mərkəzi, kökü mənasında. Ana çay. Ana zoğ. Ana dili. - Bütün ana və qol arxlar təmizlənib qaydaya salınmışdır. // məc. Bəsləyici, qidalandırıcı, tərbiyələndirici. Hündür dağlar sizin ilə öyünür; Anasınız çay, bulağa, buludlar. H.K.Sanılı. məc. Müxtəlif oyunlarda başçı. Uşaqlardan bir nəfər nüfuzlusu “ana” (oyun başçısı) olardı. H.Sarabski. □□ Ana bətni - ana qarnı, uşaqlıq. Bəlkə də onların [Bab və Bəhanın] ana bətnindən alim doğulduğuna inananlar tapılırdı. M.S.Ordubadi. Ana Vətən, ana torpaq, ana yurd tənt. - Vətən. Onun sadə həyatını mən bilirəm; Bilir bizim ana torpaq, ana vətən. S.Vurğun. Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını... A.İldırım. Ana dili - bir adamın doğma dili, körpəlikdən öz ataanasından öyrəndiyi dil. ..Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir. F.Köçərli. Füzuli bayraq etdi doğma ana dilini; O bu dildə ilk dəfə “Leyli-Məcnun”yaratdı. B.Vahabzadə. Ana xətti - əsas, mühüm cəhət. Lakin özlüyündə müstəqil olan bütün bu musiqi parçaları arasında müəyyən bir rabitənin varlığı və bununla da bütün nömrələrin bir ana xəttinə əsaslanması lazımdır. Ə.Bədəlbəyli. Ana südü kimi məc. - halal, qanuni. [Həsən:] Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun. Ə.Haqverdiyev. Ana uşağı məc. - utancaq, dilsiz-ağızsız, fağır. Dördillik məktəb həyatında özünü ana uşağı kimi aparan Səlim birdən-birə dəyişdi. M.Hüseyn. Anadan olmaq - doğulmaq. Nurəddin .. anadan olandan öz şəhərlərindən başqa bir yer görməmişdi. S.S.Axundov. Anan ölsün! - təəssüf, kədər bildirir. [Əhməd:] ..Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində... Anan ölsün kitab yazan!.. N.Vəzirov. Anası mələr qalmaq -ölmək. Anası ölmüş (ölsün) - 1) yazıq, fağır, biçarə, bədbəxt (təəssüf bildirir). [Məsmə:] Təzəlikdə heç xəbər-ətər yoxdur. Anası ölmüş [Bəndalı] düşdü qürbətə, yaman düşdü. Mir Cəlal. Səlbi təzədən dilləndi: Anası ölmüşü harada qoyub gəldin? Ə.Vəliyev; 2) qoçaq, zirək (tərif yerində işlənir). Anasını ağlar (mələr) qoymaq divan tutmaq, öldürmək, bədbəxt etmək, müsibətə uğratmaq. [Rəşid:] ..Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram. İ.Şıxlı. Anasını ağlatmaq - zülm etmək, divan tutmaq, bərk cəzalandırmaq, öldürmək. [İsmayıl bəy:] Sən məni şahid yaz, mən onun [Camal bəyin] anasını ağladım. N.Vəzirov. Güldü, sinəsini dağladıb haqqın; Güldü, anasını ağladıb haqqın. Vahabzadə. Anası vayına oturmaq - ölmək. Uşaqların anası dan. - evfemistik yol ilə ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Kərəməli:] Eşitməyibsənmi ilan vuran yatar, ac yatmaz. Səndən də üzüm qara, uşaqların anası da yorğana bürünüb hıçqırırdı. İ.Şıxlı. Paylaşın - Hamı bilsin
|