ANA-BALAis. Ana ilə oğlu və ya qızı. Səməd getdi. Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı. Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil.
// Heyvanlar haqqında. Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. □□ Ana-bala eləmək - lazım olmadığı halda eyni şeydən bir neçə dənə almaq. Ana-bala kimi - çox mehriban, məhəbbətli. Ana-bala olmaq - ana ilə bala kimi mehriban olmaq, məhəbbətli olmaq. Paylaşın - Hamı bilsin
|