İzahlı lüğət

AZ-ÇOX (ID - 2451)

zərf Bir miqdar, bir qədər, hər bir miqdarda olursa olsun. Az-çox məlumatı olmaq. Az-çox iş görmək. - [Bəkir:] Bu yerlərə mən az-çox bələdəm. N.Vəzirov. [Haşım] axır vaxtlarda az-çox dülgərlik sənətini öyrənmiş və qazandığı...

AZDAN-ÇOXDAN (ID - 2452)

b a x az-çox. [Qasım kişi:] Axı mən də bir qoca kişiyəm, dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. C.Məmmədquluzadə. [Ağa Kərim xan:] Cehizi yoxdur? Gənə azdan-çoxdan, bir şey. N.Vəzirov. Bəlkə gənclərdir, azdan-çoxdan...

AZDANIŞAN (ID - 2453)

sif Danışmağı, söhbət etməyi sevməyən. Azdanışan adam. - Qumru çox azdanışan bir arvad idi. Ə.Əbülhəsən.

AZDIRILMA (ID - 2454)

“Azdırılmaq”dan f.is.

AZDIRILMAQ (ID - 2455)

məch. 1. Yoldan çıxarılmaq, sapdırılmaq, yayındırılmaq.
İtkin salınmaq, uzaqlaşdırılmaq, rədd edilmək.
Korlanmaq, pis öyrədilmək, ərköyün öyrədilmək.

AZDIRMA (ID - 2456)

“Azdırmaq”dan f.is.

AZDIRMAQ (ID - 2457)

f 1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. İti azdırmaq. Pişiyi azdırmaq.
Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək. Atalar doğru deyiblər ki, dövlət adamı azdırar. İ.Musabəyov.
...

AZDIRTMAQ (ID - 2458)

icb. Başqası vasitəsilə azdırmaq.

AZƏR1 (ID - 2459)

b a x azərbaycanlı.
□□ Azər övladı tənt. - azərbaycanlılar. Azər övladı vətənsiz yaşamaz; Tut əlimdən ki, mənəm arxa sənə. S.Rüstəm. Doğma qardaş kimi azər övladı; Misirdə özünü biganə sanmaz! Aşıq Hüseyn.

AZƏR2 (ID - 2460)

is. [fars.] Oda xidmət göstərən mələk.

AZƏR3 (ID - 2461)

is. [fars.] İranda günəş təqvimində ilin 9-cu ayı (22 noyabr - 21 dekabr).

AZƏRBAYCANCA (ID - 2462)

sif. və zərf Azərbaycan dilində. Azərbaycanca yazıb-oxumaq. Azərbaycanca qəzet. - [Nizami:] Sizə də, bizə də məlumdur ki, Şirvan sarayında yaşayanlar da, xaqanın özü də azərbaycanca danışa bilmirlər. M.S.Ordubadi. Yaralı azərbaycanca...

AZƏRBAYCANÇILIQ (ID - 2463)

is. Azərbaycan xalqının vahid fikir ətrafında mənəvi birliyini nəzərdə tutan milli ideya. Azərbaycançılıq haqqında düşüncələr. Azərbaycançılıq amalı.

AZƏRBAYCANLI (ID - 2464)

is. Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın əsas əhalisini təşkil edən, türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Dünya azərbaycanlıları. Cəmiyyət xarici ölkələrdə yaşayan azərbaycanlılarla...

AZƏRBAYCANŞÜNASLIQ (ID - 2465)

is. Azərbaycanın tarixini, mədəniyyətini, dilini və s. öyrənməklə məşğul olan elmlərin məcmusu. Azərbaycanşünaslığın bir çox mühüm problemlərinin həlli birbaşa arxeoloji axtarışlarla bağlıdır.

AZƏRİ (ID - 2466)

is. Azərbaycanlı. Azərilər haqqında Yaqut Həməvinin rəyi şayani-diqqətdir.. Çəmənzəminli. Azəridir mənim adım; Füzulidir söz ustadım. S.Vurğun.
// sif. Azərbaycana, azərbaycanlılara, yaxud Azərbaycan dilinə aid. Azəri mülkünü...

AZƏRİCƏ (ID - 2467)

b a x azərbaycanca.

AZGÜCLÜ (ID - 2468)

sif. Qüvvəsi az olan, zəif. Neft mədənində çoxgüclü elektrik mühərrikləri azgüclü mühərriklərlə əvəz edilmişdir.

AZĞIN (ID - 2469)

sif. 1. Azmış, yolunu itirmiş.
Azğın düşmək - yolunu itirmək, yurdundan, məskənindən avara düşmək.
// məc. Yoldan çıxmaq, pis yola düşmək.
məc. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli....

AZĞINLAŞMA (ID - 2470)

“Azğmlaşmaq”dan f.is.

AZĞINLAŞMAQ (ID - 2471)

f Qudurmaq, yolundan çıxmaq, öz hərəkətlərində heç bir hədd-hüdud bilməmək; vəhşiləşmək.

AZĞINLIQ (ID - 2472)

is. Vəhşilik, sərtlik, amansızlıq; qəzəb və hiddət, başlı-başmalıq. Düşmənin azğınlığı. Azğınlıq etmək.
// Qudurğanlıq, lovğalıq, təkəbbürlük.

AZI1 (ID - 2473)

azı dişlər - ağzın hər iki tərəfində altda və üstdə olub, yeyilən şeyi çeynəməyə məxsus dişlər. Serjant sevindi və azı dişləri görünənədək ağzını ayırdı. P.Makulu.

AZI2 (ID - 2474)

zərf Ən az, ən cüzi; minimum. Bu şeyi almaq üçün azı 5 manat lazımdır.
[Əhməd:] Ay kişilər, .. bu saat Səfər bəy ilə nökəri Qənbər at üstə gedirdilər; azı yarım verst onları güdmüşəm. B.Talıblı.

AZIDİŞİ (ID - 2475)

is. b a x azı1#.

AZIXANTROP (ID - 2476)

is. Azıx mağarasında (Azərbaycan Respublikasında) alt çənə sümüyünün bir hissəsi tapılmış ibtidai insana verilən ad. Azıxantrop ilk paleontropa keçid pilləsini təşkil edir.

AZIXMAQ (ID - 2477)

b a x azmaq 2-ci mənada.

AZIQ, AZUĞ (ID - 2478)

is. qəd. Azuqə. Yedi günlük azuğla çıqayın. “Dədə Qorqud”.

AZIŞDIRMAQ (ID - 2479)

f 1. B a x azdırmaq.
2. Pozmaq, sağalmaq üzrə olan xəstəliyi və ya yaranı əlləşdirib təzələmək.

AZIŞMAQ (ID - 2480)

f 1. Yolunu azmaq, düz yoldan kənara çıxmaq. [Şəhrəbanı xanım:] Gülçöhrə .. Allahı sevirsən, ağlına zor vermə, sən lap azışıbsan, get işinə. M.F.Axundzadə.
Təzələnmək (yara, xəstəlik).

AZITMAQ (ID - 2481)

b a x azdırmaq 1 -ci mənada.

AZİM (ID - 2482)

[ər.]: azim olmaq klas. - getmək, üz tutmaq. Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfüləşrəf şəhərinə azim olacaq. C.Məmmədquluzadə.

AZİMUT (ID - 2483)

AZİŞLƏNƏN (ID - 2484)

sif. Çox işlənməyən, az tətbiq olunan, az yayılmış. Azişlənən mallar. Azişlənən söz.

AZQANLI (ID - 2485)

sif. tib. Qanı az olan, solğun (adam).

AZQANLILIQ (ID - 2486)

is. tib. Çoxlu qan itirmək və ya qanda qırmızı cisimciklərin (hemoqlobin) azlığı nəticəsində əmələ gələn xəstəlik hal.

AZLIQ (ID - 2487)

is. 1. Hər hansı bir qrupun (adamlar qrupunun) az hissəsi; sayca az olan hissə; əqəliyyət. Azlıqda qalmaq. Layihəyə ancaq azlıq səs vermədi. - [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev.
2. Miqdarca, sayca, müddətcə və...

AZMA (ID - 2488)

“Azmaq”dan f.is.

AZMAQ (ID - 2489)

f 1. Yolu itirmək, istiqaməti itirmək. Meşədə azmaq. Atlılar yolu azdılar.
[Həkim:] Axı necə oldu ki, belə sağlam və qüvvətli adam olduğunuz halda, birdən azdınız və evinizin yerini itirdiniz? C.Cabbarlı. Kənardan baxana elə...

AZMAN (ID - 2490)

sif. Çox böyük, çox iri, çox yekə, əzəmətli, heybətli. Azman tikinti. Azman binalar. Azman qayalar. - Saçı-saqqalı ağarmış qocaman buruq ustalarının belə azman yanğın gördükləri yadlarına gəlmir.. Ə.Məmmədxanlı.

AZMANLIQ (ID - 2491)

is. Çox irilik, çox böyüklük, əzəmət.

AZ-MAZ (ID - 2492)

zərf dan. Bir az, az miqdarda, cüzi; zəif. O, farsca az-maz bilir. Bu işdən az-maz başım çıxır. Az-maz yemək yedim.
[Seryoja:] Bu şeyləri az-maz mən də bilirəm. A.Şaiq.

AZMIŞ (ID - 2493)

f.sif 1. Yolunu itirmiş, istiqamətini itirmiş. [Durna] özünü azmış .. adamlar kimi ümidsiz və tək hiss etdi. İ.Əfəndiyev. Kosa zülmətdə azmış yolçular kimi hər tərəfə yol axtarır və tapa bilmirdi. S.Rəhimov.
// məc. Doğru...

AZOT (ID - 2494)

[yun.] kim. Havanın əsas tərkib hissəsini təşkil edən maddələrdən birisi rəngsiz və qoxusuz qaz; kimyəvi element. Astara yaxınlığındakı mineral bulaqlardan da su ilə bərabər azot qazı çıxır. M.Qaşqay.

AZOTLAŞDIRILMA (ID - 2495)

“Azotlaşdırılmaq”dan f.is.

AZOTLAŞDIRILMAQ (ID - 2496)

məch. Azotla, azotlu maddələrlə zənginləşdirilmək.

AZOTLAŞDIRMA (ID - 2497)

“Azotlaşdırmaq”dan fis.

AZOTLAŞDIRMAQ (ID - 2498)

f xüs. Bir şeyin tərkibini azotlu maddələrlə zənginləşdirmək,
bir şeydə azotlu maddələrin miqdarını artırmaq. Torpağı azotlaşdırmaq.

AZOTLU (ID - 2499)

sif. kim. Tərkibində azot olan. Azotlu birləşmələr. - Balaca daxmacaların birində azotlu və fosforlu gübrələr .. görünürdü. Ə.Vəliyev.

AZOTSUZ (ID - 2500)

sif. kim. Tərkibində azot olmayan. Azotsuz maddələr. - Çörəyə azotsuz deməkdən murad o deyil ki, onun azotu yoxdur, onun azotu var və çoxdur da. Amma nişastası artıq olduğuna (görə) ona azotsuz .. deyilir. H.Zərdabi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed