
AZĞINsif. 1. Azmış, yolunu itirmiş.
Azğın düşmək - yolunu itirmək, yurdundan, məskənindən avara düşmək. // məc. Yoldan çıxmaq, pis yola düşmək. məc. Qudurmuş, vəhşi, yırtıcı, amansız, önüalınmaz, sərt, şiddətli. Azğın küləklərlə gəlib üz-üzə: Gah batdım dənizə, gah çıxdım üzə. H.Cavid. // İs. mənasında. Burada at çapdı keçən azğınlar. S.Vurğun. // Qudurğan, lovğa, təkəbbürlü. Pozğun, namussuz. [Qohumlar] ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|