İzahlı lüğət

AYLANDIRMA (ID - 2351)

“Aylandırmaq”dan f.is.

AYLANDIRMAQ (ID - 2352)

f Dolandırmaq, fırlandırmaq; aylanmağa, fırlanmağa, hərlənməyə məcbur etmək.

AYLANMA (ID - 2353)

“Aylanmaq”dan f.is.

AYLANMAQ (ID - 2354)

f 1. Dolanmaq, fırlanmaq, hərlənmək.
2. Gicəllənmək, dönmək. Başı aylanmaq.
□□ Dünya başına aylanmaq - çox mütəəssir olmaq, başa gələn bir hadisə üzündən dərin iztirab və ya ruhi sarsıntı keçirmək. [Rüstəm bəy:]...

AYLI (ID - 2355)

sif Ay işığı ilə işıqlanmış, mahtab. Aylı gecələr. - Göy üzü dumduru, aylı bir gecə. M.Rahim.

AYLIQ (ID - 2356)

1. sif Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.
sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ...

AYLIQÇI (ID - 2357)

sif. Ay hesabı ilə, aylıq muzd ilə işləyən. [Qarı:] Hələ mənim özümü burada aylıqçı qoyub ki, Tiflis şəhərinə yeni gələn qəriblərin xəbərini ona verim. “Aşıq Qərib”.

AYLIQÇILIQ (ID - 2358)

is. Aylıqla işləmə.

AYLIQLI (ID - 2359)

sif Maaşlı, maaşla xidmət edən, işləyən.

AYLI-ULDUZLU (ID - 2360)

sif Ay çıxmış, işıqlı və ulduzlu. Aylı-ulduzlu bir gecə idi. M.Hüseyn.

AYNA (ID - 2361)

is. [fars.] 1. Güzgü. Aynanın çatdığı calaq qəbul eləməz. (Ata. sözü). Əgər bilmək istəyirsiniz ki, kimin üzünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza. C.Məmmədquluzadə. [Həkim:]...

AYNABƏND (ID - 2362)

is. [fars.] 1. Şüşəli balkon, pəncərələri çox böyük olan otaq, şüşəbənd. Pəncərəsi aynabəndə çıxan kiçik otaqda yorğan-döşək yığmaq üçün bir aynalı divar şkafı var. S.Rəhman. Batan günün şöləsilə yanar neçə...

AYNABƏNDLİ (ID - 2363)

sif. Aynabəndi olan, şüşəbəndli, hər tərəfi şüşəli, pəncərəli (bina, otaq və s.). Məhkəmə yuxarı məhəllənin tinində ikimərtəbə, uzun aynabəndli evdə idi. Mir Cəlal. [Tahir] ağ daşdan tikilmiş birmərtəbəli aynabəndli...

AYNACIQ (ID - 2364)

is. dan. Kiçik ayna, balaca güzgü. Burada üç çilçıraq, kiçik aynacıqların qabarıq ornamentləri, mozaika və s. nəzərdə tutulmuşdur. “İncəsənət”.

AYNAÇI (ID - 2365)

is. 1. köhn. Şüşəsalan, aynasalan, aynasaz.
2. köhn. Keçmişdə zadəgan ailələrində: xanım geyinərkən onun qabağında ayna tutan xidmətçi. b a x aynatutan.

AYNAÇILIQ (ID - 2366)

is. Aynaçı sənəti.

AYNALAMA (ID - 2367)

“Aynalamaq”dan f.is.

AYNALAMAQ (ID - 2368)

f 1. Güzgüləmək, güzgü vurmaq, güzgü salmaq. Şifoneri aynalamaq.
// Parıldatmaq, cilalandırmaq.
Şüşə salmaq (pəncərəyə və s.-yə). Pəncərələri aynalamaq. Şkafı aynalamaq.

AYNALANMA (ID - 2369)

“Aynalanmaq”dan fis.

AYNALANMAQ (ID - 2370)

məch. 1. Güzgülənmək, güzgü vurulmaq (salınmaq).
2. Şüşə salınmaq (pəncərəyə və s.-yə).

AYNALATMA (ID - 2371)

“Aynalatmaq”dan f.is.

AYNALATMAQ (ID - 2372)

f 1. köhn. Xəncərə və s. silahlara cila verdirmək, parıldatmaq.
2. Şüşə saldırmaq (pəncərəyə və s.-yə).

AYNALI1 (ID - 2373)

sif. 1. Aynası, güzgüsü, ya şüşəsi olan. Aynalı şkaf. Aynalı otaqlar. Aynalı bufet. - Yorğun-arğın insanlar işdən sonra; Yığılmışdı divarları daş aynalı bir salona. S.Vurğun.
2. Pəncərəli, pəncərəsi olan.

AYNALI2 (ID - 2374)

is. köhn. Patronu üstdən qoyulan təklülə tüfəng (bəzən “aynalı tüfəng” şəklində işlədilir). Aynalını təmizləyib qurtaran Həcər, aynalı ilə oynamağa başladı. S.Rəhimov. Nəbi aynalı tüfəngini götürüb düşmən qabağına...

AYNASAZ (ID - 2375)

is. [fars.] bax aynaçı 1-ci mənada.

AYNATUTAN (ID - 2376)

is. etnoqr. Köhnə məişətdə: gəlin gedərkən onun qabağında güzgü aparan şəxs.

AYNIMAQ (ID - 2377)

f dan. 1. Sağalmağa başlamaq.
2. Başı açılmaq, azad olmaq, yüngülləşmək (işdən). Başım heç işdən aynımır.

AYPARA (ID - 2378)

is. 1. Ayın nazik qövs şəklində olan dövrü; hilal; yeni ay, bir-iki günlük ay.
// Bu cür Ay şəkli. Yenə də Rüxsarə, üstündə qırmızı aypara olan həkim çantasını çiyninə salacaq, sökülən dağı, yıxılan meşələri dolanacaqdır....

AYPARALI (ID - 2379)

sif. köhn. Üzərində aypara kimi bəzəyi olan, üzərində aypara olan. Ayparalı don. Ayparalı bayraq. Ayparalı başlıq.
// Üzərində aypara şəkli olan, üzərində aypara çəkilmiş. Rüxsarə çiynindən asılmış ayparalı çantaya...

AYRAN (ID - 2380)

is. Yağı alınıb su qarışdırılmış qatıq. Heç kəs öz ayranına turş deməz. (Ata. sözü). Masanın üzərində böyük bir mətərə buzlu ayran qoyulmuşdu. M.S.Ordubadi. Qızxanım parçı ağzına qədər ayranla doldurub Almurad ağaya...

AYRANAŞI (ID - 2381)

is. məh. b a x ayrançilo.

AYRANÇİLOV (ID - 2382)

is. məh. Ayranda bişirilən aş.

AYRANLIQ (ID - 2383)

is. məh. İtlərə ayran tökmək üçün qazılan çuxur, çala.

AYRI (ID - 2384)

1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşma. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq.
□ Ayrı düşmək - aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək....

AYRIC (ID - 2385)

is. Bir neçə yolun ayrıldığı və ya bir yolun bir neçə tərəfə haçalandığı yer (adətən “yol” sözü ilə bərabər işlənir). Ayna və Sənəm qarı da yol ayrıcına çatdılar. Ə.Məmmədxanlı. Yorğun əsrlərin yol ayrıcında;...

AYRICA (ID - 2386)

1. zərf Ayrı olaraq, xüsusi olaraq, təklikdə. Ayrıca oturmaq. Ayrıca yaşamaq. Bu barədə ayrıca danışarıq.
2. sif. Xüsusi, ayrı, tək. Ayrıca otaq. Ayrıca loja. Ayrıca yol. - Fatma Məsmənin uşaqları üçün ayrıca yağlı fətir...

AYRIQ, AYRIQOTU (ID - 2387)

is. bot. Çoxillik taxıllar fəsiləsinə mənsub ot.

AYRILIQ (ID - 2388)

is. 1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur.
2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran,...

AYRILIQDA (ID - 2389)

AYRILIŞ (ID - 2390)

is. Ayrılmaq işi, ayrılma. [Nina] son dəfə əlimi sıxdıqda, sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi. M.S.Ordubadi.

AYRILIŞMA (ID - 2391)

“Ayrılışmaq”dan f.is.

AYRILIŞMAQ (ID - 2392)

f Bir-birindən ayrılmaq, əlaqəni qırmaq. Ortaqlar ayrılışdılar. Dədəm məni gətirdi evə, üç il qalıb “kəbinim halal, canım azad” deyib seyiddən ayrılışdıq. Çəmənzəminli.

AYRILMA (ID - 2393)

“Ayrılmaq”dan f.is.

AYRILMAQ (ID - 2394)

f 1. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq. Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı. M.İbrahimov. Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar. Ə.Məmmədxanlı.
...

AYRILMAZ (ID - 2395)

sif. 1. Heç vaxt bir-birindən ayrılmayan, çox yaxın, həmişə bir yerdə olan. Ayrılmaz dostlar. Ayrılmaz bacılar. Ayrılmaz yoldaşlar. - Dünəndən ayrılmaz, bu günə bağlı; Sabaha can atan təşnə bir insan! Şəhriyar. Bəlkə də bir...

AYRILMAZLIQ (ID - 2396)

is. Ayrıla bilməyən şeyin xassəsi; bütövlük, bölünməzlik.

AYRIM (ID - 2397)

is. Azərbaycanın Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və b. rayonlarının dağlıq yerlərində yaşayan, ümumiyyətlə, tarixi Azərbaycanın Göycə, Çəmbərək, Dilican və İcevan kimi ərazilərində yaşamış azərbaycanlıların adı və...

AYRIM (ID - 2398)

bax ayrıc. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında, divarın kölgəsində dörd müsəlman oturub. C.Məmmədquluzadə.

AYRI-SEÇKİ (ID - 2399)

is. Tərəfgirlik, üzgörəlik; ədalətsizlik, bir tərəfin üstün tutulması, obyektiv münasibət göstərilməməsi. Ayrıseçki salmaq. - [Mahmud və Xolmoqorsev] hələ arxada ikən, qışladan şəhərə bərabər gedir, ayrı-seçki bilmədən...

AYRI-SEÇKİLİK (ID - 2400)

b a x ayrı-seçki. [Əşrəfj ..atasının iki qardaşın arasında ayrı-seçkilik saldığını xatırlayanda tutuldu. İ.Şıxlı. Xəlil ağlı kəsəndən bəri əmisigillə özləri arasında ayrı-seçkilikgörməmişdi. İ.Məlikzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed