İzahlı lüğət

AYNABƏND

is. [fars.] 1. Şüşəli balkon, pəncərələri çox böyük olan otaq, şüşəbənd. Pəncərəsi aynabəndə çıxan kiçik otaqda yorğan-döşək yığmaq üçün bir aynalı divar şkafı var. S.Rəhman. Batan günün şöləsilə yanar neçə aynabənd. Ə.Cəmil. Hüseynağa aynabəndə çıxan kimi gözləri divanın yanında durmuş Zeynəbə sataşdı. M.İbrahimov.
Bitki yetişdirmək üçün şüşəbənd.
Pəncərə, vitrin. Dəmirov pəncərədən açılmış mağazalara, geniş aynabəndlərə baxırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed