AYRI1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşma. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq.
□ Ayrı düşmək - aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək. - Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natəvan. Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Sənin vəziyyətin o qədər də çıxılmaz .. deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi. Ayrı salmaq - ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq. Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun. sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır. - Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani. Mən də: - Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, - deyə bacım kifayətləndi. S.S.Axundov. Qoşma mənasında. Qərar etməz könül zülfündən ayrı. Nəsimi. Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif. ayrı-ayrı zərf Hər biri ayrıca olaraq, başqa-başqa, bircə-bircə. Hər kəsi ayrı-ayrı başa salmalı. - Axşamçağı idi, kənd əhalisi işlərini qurtarıb, arvadlar və kişilər ayrı-ayrı küçə ağzında .. çömbəlmiş oturmuşdular. Talıblı. // Tək-tək, bəzi. Ayrı-ayrı tənqidi qeydlər. - Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. M.İbrahimov. □ Ayrı-ayrılıqda - təklikdə, birini təklikdə götürdükdə, özözlüyündə. Paylaşın - Hamı bilsin
|