AYRILMAQf 1. Ayrı düşmək, aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq. Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı. M.İbrahimov. Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar. Ə.Məmmədxanlı.
// Xudahafizləşmək, vidalaşmaq. Turxan bəydən ayrıldığımız gecə gözəl bir mahtab var idi. H.Cavid. // Daha görüşməmək, əlaqəni kəsmək. Səndən ayrılandan, ey gülbədənim; Həqq bilir, qalmışam sel arasında. Q.Zakir. Fəda olum sənə mən, səndən ayrıla bilməm. X.Natəvan. [Sitarə:] Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram. C.Cabbarlı. Xəyalından çıxarmaq, fikrindən çıxarmaq, fikrən uzaqlaşmaq, tərk etmək. [Ağca xanım] qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə güc verib gözlərini açdı. Mir Cəlal. Laçın meşəyə girəndə öz xatirələrindən ayrıldı. M.Hüseyn. Qopmaq, aralanmaq. Çaydanın qulpu ayrıldı. Ağacın budağı gövdəsindən ayrıldı. Çəkilmək, yerini tərk etmək. Dəstədən ayrılmaq. Atlı darvazadan ayrılıb yola düşdü. // Kənara çəkilmək, bir yerdən uzaqlaşmaq. Kərim babanın .. bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. A.Şaiq. Bölünmək. Oyunçular iki yerə ayrıldılar. Çay iki qola ayrılmışdır. Bir yerdə ikən aralanıb müstəqil yaşamağa başlamaq. Qızlar ərə getdilər, oğlanlar isə ataları öləndən sonra ayrıldılar. Şəriklər ayrıldılar. - Öküz öldü, ortaq ayrıldı. (Ata. sözü). Aralarındakı ər-arvadlıq əlaqəsini ləğv etmək, bir-birini tərk etmək. Ərindən ayrılmaq. Arvadından ayrılmaq. Hər hansı bir xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlən- mək, seçilmək. Qardaşlar bir-birindən çox ayrılırlar. O, yoldaşlarından heç ayrılmır. Sözün heç ayrılmaz mənim sözümdən; Odlara yanmışam özüm-özümdən. M.P.Vaqif. Təxsis edilmək, ayrılıb saxlanmaq. İnşaat üçün külli miqdarda pul ayrılmışdır. Bu kitablar kimin üçün ayrılmışdır? □□ Ayrıla qalmaq - aralanmaq, açıq qalmaq. Abbas .. gördü ki, gözləri yumuludur. Amma dodaqları ayrıla qalmışdı. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|