AXMAQ2 (ID - 751)sif. Səfeh, ağılsız, gic. Axmaq adam. - Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə.
// Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. [Rüstəm bəy:] Həsənqulu... |
AXMAQCA(SINA) (ID - 752) zərf Axmaq kimi, ağılsızcasına. Axmaqcasına hərəkət etmək. Axmaqcasına inanmaq. Axmaqcasına tərslik etmək.
|
AXMAQLAMA (ID - 753)“Axmaqlamaq”dan f.is.
|
AXMAQLAMAQ (ID - 754)f Səfehləmək, ağlını itirmək, gicləşmək, xərifləmək.
// Axmaq iş tutmaq, axmaqca hərəkət etmək, axmaqca sözlər danışmaq. [Soltan bəy:] Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm.... |
AXMAQLAŞMAQ (ID - 755)f Getdikcə ağlı azalmaq, gicləşmək, xərifləmək, səfehləşmək.
|
AXMAQLIQ (ID - 756)is. Səfehlik, ağılsızlıq, giclik. Axmaqlığından başına bu işlər gəldi.
Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq, cahillik və axmaqlıqdır. M.S.Ordubadi. // Axmaq hərəkət, axmaq iş. Axmaqlıq etmək - axmaq... |
AXMAZ (ID - 757)1. sif. Axmayan, durğun (su haqqında).
2. is. Durğun su, çuxur yerlərdə yığılıb qalan su. Pambıq yerlərində tarlaları suvarmaq üçün axmazların suyundan da istifadə edilir. - Çayın çox girintili-çıxıntılı olması və allüvial... |
AXNAŞMAQ (ID - 758)f məh. Axışıb gəlmək, izdihamla gəlmək, axışmaq. Kişi və övrət, qoca və uşaq, hətta dördayaqlılar şəhərin kənarına axnaşıb getməkdədir. C.Məmmədquluzadə.
|
AXSAQ (ID - 759)1. sif. Bir qıçı qısa və ya əlil olan; topal, çolaq. Axsaq adam. Axsaq at. - Köç dala qayıdanda axsaq keçi qabağa düşər. (Ata. sözü). İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün...
|
AXSAQLIQ (ID - 760)is. Topallıq, çolaqlıq.
|
AXSAQULAQ (ID - 761)is. məh. Yağ və sarımsaqlı qatıqdan hazırlanan bir yemək adı.
|
AXSAMA (ID - 762)“Axsamaq”dan f.is. Bəxtiyarın .. belə ibadəti Hacı Kərimin işlərinin axsamasına səbəb olurdu. S.Hüseyn.
|
AXSAMAQ (ID - 763)f 1. Bir ayağının qısalığı və ya xəstələnməsi nəticəsində bir tərəfıni çəkə-çəkə yerimək, taytamaq.
2. məc. İrəliləməmək, yaxşı getməmək, ləng getmək, geridə qalmaq, işi yarıtmamaq. İşlər axsayır. O, bilik... |
AXSAR (ID - 764)sif. Axsaq, axsayan.
|
AXSATMA (ID - 765)“Axsatmaq”dan f.is.
|
AXSATMAQ (ID - 766)f 1. Axsamağa səbəb olmaq, topal etmək.
məc. Ləngitmək, işin yaxşı getməməsinə, geridə qalmasına səbəb olmaq. İşləri axsadan səbəbləri aradan qaldırmaq. İşləri axsadan nədir? - [Zeynal] özünün yaramaz hərəkətləri... |
AXŞAM (ID - 767)is. Günəşin batmasından gecənin başlanmasma qədər olan vaxt, günbatan vaxt. Axşam növbəsi. Axşam məktəbi. Axşam İstanbula çatdıq. - Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görərsən ki,...
|
AXŞAMÇAĞI (ID - 768)b a x axşamüstü. Axşamçağı tarın səsi, Qarabağın şikəstəsi; Hər kəsin bir həmdəmi var. M.Müşfiq. Bir gün axşamçağı usta Ağabala evə gələndə arvadına dedi: - Ə, bilirsən nə var? Çəmənzəminli. Axşamçağı idi ki,...
|
AXŞAMKI (ID - 769)sif. Axşam vaxtı olmuş, axşam baş vermiş. Polad bu axşamkı görüşün, danışdıqları sözlərin təsiri altında nələr düşünmürdü. Ə.Vəliyev.
|
AXŞAMQABAĞI (ID - 770)zərf Axşama yaxın, hava qaralmağa başlarkən.
|
AXŞAMLAMA (ID - 771)“Axşamlamaq”dan f.is.
|
AXŞAMLAMAQ (ID - 772)f 1. Yol gedərkən bir yerdə gecələyib qalmaq, axşamı orada keçirmək. Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda dayaşar. S.Vurğun.
Bütün gün, axşama qədər bir yerdə və ya bir işdə qalmaq. Axşam olmaq, gün batmaq,... |
AXŞAMLIQ (ID - 773)is. 1. Axşama məxsus, axşam görüləcək iş və s. Axşamlıq heç bir işim qalmamışdır.
“Bir” sözü ilə bərabər: bir axşamlıq bir axşama (gecəyə) kifayət edəcək qədər. Lampada bir axşamlıq neft qalıb. Bir axşamlıq... |
AXŞAMOLDU (ID - 774)is. mus. Azərbaycan xalq musiqisində axşamın düşməsini vəsf edən təsnif formalarından biri.
|
AXŞAMTƏRƏFİ (ID - 775)b a x axşamüstü.
|
AXŞAMÜSTÜ (ID - 776)zərf Axşam vaxtı, günbatana yaxın, hava qaranlıqlaşan vaxt. Axşamüstü gəzməyə çıxmaq. - O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. Axşamüstü Bahadır kəndə hamıdan gec...
|
AXTA (ID - 777)1. sif. Erkəkliyi alınmış canlı. Axta öküz. Axta qoç. Axta xoruz.
□ Axta eləmək b a x axtalamaq. sif. Tumu, çəyirdəyi çıxardılmış. Axta gilas. Axta gavalı. - Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta... |
AXTAÇI (ID - 778)is. At və başqa heyvanları axtalayan adam.
|
AXTAXANA (ID - 779)is. bot. məh. Çayıra bənzər bir ot. Axtaxana, dağda dana böyüdü; Mən böyük ollam haçana, bilmirəm. M.Ə.Sabir.
|
AXTALAMA (ID - 780)“Axtalamaq”dan f.is.
|
AXTALAMAQ (ID - 781)f 1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. Dananı axtalamaq. Qoçu axtalamaq. - [Müfid:] Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür....
|
AXTALANMA (ID - 782)“Axtalanmaq”dan f.is.
|
AXTALANMAQ (ID - 783)məch. Axta edilmək, erkəklik vəziləri çıxardılmaq; burulmaq.
|
AXTALANMIŞ (ID - 784)fsif 1. Axta edilmiş, erkəklik vəziləri çıxarılmış; burulmuş. Axtalanmış qoç. Axtalanmış xoruz. Axtalanmış heyvan tez kökəlir. - [Çapıq Əmrah:] Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış...
|
AXTALATMA (ID - 785)“Axtalatmaq”dan f.is.
|
AXTALATMAQ (ID - 786)icb. 1. Heyvanın və ya adamın erkəklik vəzilərini çıxartdırmaq; burdurmaq. Atı axtalatmaq.
2. Meyvənin tumunu (çəyirdəyini) çıxartdırmaq. |
AXTARILAN (ID - 787)fsif riyaz. Hesablama yolu ilə təyin edilməli olan. Axtarılan kəmiyyət. Axtarılan ədəd.
|
AXTARILMA (ID - 788)“Axtarılmaq”dan f.is.
|
AXTARILMAQ (ID - 789)“Axtarmaq”dan məch. Alman komandanlığının əmrinə görə, bütün evlər, zirzəmilər axtarılırdı. M.Hüseyn.
|
AXTARIŞ (ID - 790)is. 1. Axtarma işi, kəşfiyyat. Neft axtarışı dəstəsi.
// Bir şey, bir yol, bir çarə və s. arama. [Əli] sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli. Cinayəti sübut edəcək... |
AXTARIŞÇI (ID - 791)is. Bir şey axtaran, yeni üsul, yeni yol və s. axtaran. Yazıçı, şair, dramaturq, tənqidçi axtarışçı olmalıdır. S.Rəhimov.
|
AXTARIŞMA (ID - 792)“Axtarışmaq”dan fis.
|
AXTARIŞMAQ (ID - 793)f. Hərtərəfli axtarmaq, aramaq, tapmağa çalışmaq. Necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar. M.Ə.Sabir.
|
AXTARMA (ID - 794)“Axtarmaq”dan fis.
|
AXTARMAQ (ID - 795)f. 1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. Kitabı nə qədər axtardımsa, tapa bilmədim. Yerə düşmüş iynəni axtarmaq. - Axtaran tapar. (Ata. sözü).
// Görməyə, tapmağa... |
AXTARTMAQ (ID - 796)icb. Bir başqası vasitəsilə axtarmaq. [Şölə xanım:] Xan səni axtardır ki, tutdursun, öldürsün. M.F.Axundzadə.
|
AX-TÜF (ID - 797)is. Tüpürmə, bəlğəm gətirmə.
|
AX-UF (ID - 798)is. Heyifsilənmə, sızlama, inləmə; inilti. Səttarzadə Gəldiyevin ax-ufunu, vurnuxduğunu gördü. Mir Cəlal. Yalıncaq ax-ufla heybəsini açıb, oradan .. bir ipək köynək çıxardı. M.Rzaquluzadə.
□ Ax-uf eləmək - sızlamaq, inləmək.... |
AXUND (ID - 799) |
AXUNDLUQ (ID - 800)is. din. Axund sənəti, işi; mollalıq, ruhanilik. [Vaqif:] Qəşəng şey çoxdur, sənnən mənə yoxdur! Bu axundluqla keşişliyi boynumuza qoyub, dünyanı bizə haram eləyiblər. Çəmənzəminli.
|
Bu səhifə dəfə baxılıb