
AXTALAMAQf 1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. Dananı axtalamaq. Qoçu axtalamaq. - [Müfid:] Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir. M.S.Ordubadi.
Meyvənin tumunu (çəyirdəyini) çıxartmaq. Zoğal axtalamaq. - Birbəbir yadına sal cümlə unutduqlarını; Qış üçün axtalayıb yayda qurutduqlarını. M.Ə.Sabir. məh. Yəhərin qaltaq taxtasının üstünə gön çəkib tikmək. Qaltaq axtalamaq. Paylaşın - Hamı bilsin
|