
AXTARIŞis. 1. Axtarma işi, kəşfiyyat. Neft axtarışı dəstəsi.
// Bir şey, bir yol, bir çarə və s. arama. [Əli] sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. Çəmənzəminli. Cinayəti sübut edəcək əşyayi-dəlil tapmaq məqsədi ilə hökumət orqanları tərəfindən icra edilən axtarma, yoxlama işi; təftiş əməliyyatı. Axtarış aparmaq. Başdan-başa axtarış. - [Pristav dedi:] Mən sabah onun [Məhərrəmin] mənzilində axtarış yapıb şübhəli vəsiqələri taparam və sonra sürgün etmək qolaydır. H.Nəzərli. Yəqin bu evdə axtarış gedirdi. S.Rəhman. □ Cinayət axtarış idarəsi - cinayət axtarıb tapmaqla məşğul olan polis şöbəsi. Paylaşın - Hamı bilsin
|