İzahlı lüğət

AXTARMAQ

f. 1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. Kitabı nə qədər axtardımsa, tapa bilmədim. Yerə düşmüş iynəni axtarmaq. - Axtaran tapar. (Ata. sözü).
// Görməyə, tapmağa çalışmaq. Usta Ağabala qapını axtarınca divardakı şəkillərə də bir nəzər yetirdi. Çəmənzəminli. Hər kəs öz yerini axtarır, tapır və əyləşirdi. S.Rəhimov.
// Aramaq, tapmağa çalışmaq. Məsmə, dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal.
Əldə etməyə çalışmaq. İş axtarmaq. Özünə otaq axtarmaq. Öz haqqını axtarmaq.
// Arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. Dava-dalaş axtarmaq.
Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək. Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq. - Ey müfəttiş! Yollanan kağızları axtarma çox. M.Ə.Sabir.
Ummaq, gözləmək. Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.
məc. Həddindən artıq fikir vermək. Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AL3

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed