İzahlı lüğət

ARSIZ (ID - 1701)

sif. Arı, həyası olmayan; həyasız, utanmaz, sırtıq, üzlü. Arsız adam. - Arsıza bir sillə kar eləməz. (Məsəl). Arsız aşıq elsiz niyə yaşadı; Ölsün Ələsgərtək qulların, dağlar! Aşıq Ələsgər. Bizi ən çox heyrətə salan...

ARSIZ-ABIRSIZ (ID - 1702)

b a x arsız.

ARSIZCA(SINA) (ID - 1703)

zərf və sif. Həyasızcasına, utanmazcasına. Arsızcasına danışmaq. Arsızcasına hərəkət.

ARSIZLA(N)MAQ (ID - 1704)

f. Həyasızlaşmaq, abırsızlaşmaq, izzəti-nəfsini itirmək.

ARSIZLAŞMA (ID - 1705)

“Arsızlaşmaq”dan fis.

ARSIZLAŞMAQ (ID - 1706)

f. Daha da həyasızlaşmaq, arsız olmaq; sırtıqlaşmaq, izzəti-nəfsini itirmək.

ARSIZLIQ (ID - 1707)

is. Həyasızlıq, utanmazlıq, sırtıqlıq, abırsızlıq. Yaxınlaşan faytonçu isə hər şeyi arsızlıqla yola verməyə çalışır, bəzən ağlamsınır, lakin yenə də cəsarətlənib banditləri lağa qoyurdu. M.Hüseyn.
□ Arsızlığa...

ARSLAN (ID - 1708)

b a x aslan.
□ Arslan ürəkli - cəsur, igid, heç şeydən qorxmayan.

ARŞ (ID - 1709)

nida. Yerimək, hərəkət etmək üçün komanda əmri. Arş, irəli! Arş, unut qəmləri! Qaçma bəlalar qabağından geri. A.Səhhət.

ARŞIN (ID - 1710)

is. Metrik ölçü sistemi qəbul olunanadək işlədilən uzunluq ölçüsü (0,71 metrə bərabərdir). [Əsgər bəy:] Təbrizdə arşını bir abbasıya alınan çit burada altı şahıya satılır. M.F.Axundzadə. Mağaza sahibi iki arşın ölçüb...

ARŞINÇI (ID - 1711)

b a x arşınmalçı.

ARŞINLAMA (ID - 1712)

“Arşmlamaq”dan fis.

ARŞINLAMAQ (ID - 1713)

f. köhn. 1. Arşın ilə ölçmək.
2. məc. dan. Veyllənmək, dolaşmaq, boş-boşuna gəzmək. [Qadir:] Əlin şalvar cibində küçələri arşınlayırsan. Ə.Əbülhəsən.

ARŞINLANMAQ (ID - 1714)

məch. Arşın ilə ölçülmək.

ARŞINLIQ (ID - 1715)

sif. Bir arşın uzunluğunda, enində, ya dərinliyində olan. Arşınlıq quyu.
// Rəqəmlərlə. [Veys:] Çiynimdə mən dörd arşınlıq girdini .. meşədən gətirəndə belə yorulmazdım. Ə.Əbülhəsən.

ARŞINMALÇI (ID - 1716)

is. köhn. Dalında boğçada arşınmalı gəzdirib satan adam. [Qızlar xoru:] Arşınmalçı, mal göstər; Bir-bir yerə sal göstər. Ü.Hacıbəyov.

ARŞINMALÇILIQ (ID - 1717)

is. Arşınmalı satma işi, bəzzazlıq. [Gülçöhrə:] Amma, məncə, arşınmalçılıq pis iş deyil ki, o da tacir kimi bir şeydir. Ü.Hacıbəyov.

ARŞINMALI (ID - 1718)

is. Toxunma mallar: çit, mahud, bez və s.; parça.

ARŞINOLÇƏN (ID - 1719)

is. köhn. dan. Arşınmalçı, bəzzaz, arşınmalı satan tacir. [Əziz bəy:] Nə karədir ki, bir arşınölçən mənim adaxlıma göz dikə! M.F.Axundzadə.

ARTAN (ID - 1720)

f.sif. Getdikcə çoxalan, böyüyən; getdikcə güclənən, şiddətlənən. Küləyin artan sürəti.

ARTEL (ID - 1721)

[rus.] Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət. Balıqçılıq arteli. - Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. M.Hüseyn.
□...

ARTELÇİ (ID - 1722)

is. Artel üzvü.

ARTERİAL (ID - 1723)

sif. anat. Arteriyaya aid olan, arteriya ilə əlaqədar olan. Arterial qan.

ARTERİOSKLEROZ (ID - 1724)

[yun.] tib. Arteriya divarlarının qalınlaşıb bərkləşməsindən ibarət xəstəlik; arteriya sklerozu. Arterioskleroz, əsasən, yaşlı adamlarda müşahidə olunur.

ARTERİYA (ID - 1725)

[yun.] anat. Qanı ürəkdən bədənin müxtəlif üzvlərinə aparan damar. Arteriya sistemi.

ARTEZİAN (ID - 1726)

quyusu [fr.] Suyu təbii təzyiq altında özbaşma çıxan dərin quyu. Artezian sularının basqısı. - Bu su artezian quyuları vasitəsilə yerin altından çıxır və bir tərəfdən daim axıb getdiyindən hey təzələnir. M.İbrahimov.

ARTICAQ (ID - 1727)

zərf köhn. Bir qədər artıq, bir qədər çox, azacıq çox; daha artıq, artıq. [Ağa Mərdan:] Məni Hacı Qafurun arvadı yaraşıqlı görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Amma xalq nə qədər artıcaq elm öyrənə, ol qədər...

ARTIQ (ID - 1728)

zərf və sif. 1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fəxrəddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi.
// Daha çox, ziyadə. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb...

ARTIQ-ƏSKİK (ID - 1729)

1. sif və zərf Artıq, lüzumsuz, yersiz, münasibətsiz. [Səlimnaz xanım:] Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə. N.Vəzirov. [Əli:] Kişi, artıq-əskik danışma! Heyvanları çölə çıxart....

ARTIQLAMAQ (ID - 1730)

f dan. Bir şeyin və ya xörəyin başından bir qədər yeyib, artığını qoymaq.

ARTIQLAŞA (ID - 1731)

zərf dan. Müəyyən edilmiş, nəzərdə tutulmuş miqdardan artıq; üstəlik, əlavə. Artıqlaşa üç manat verdim.

ARTIQLIĞINCA (ID - 1732)

zərf dan. Həddən artıq, lüzumundan artıq, artıqlaması ilə. Artıqlığınca yemək.

ARTIQLIQ (ID - 1733)

is. 1. Çoxluq, bolluq. [Nadir] iztirabının artıqlığından bozarıb qızarırdı.
B.Talıblı.
2. Üstünlük, yüksəklik. Bunun artıqlığı nədədir?

ARTIQRAQ (ID - 1734)

zərf köhn. Hamıdan artıq, daha artıq. Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl; Kim olam bu dərdə artıqraq giriftar, ey həkim! Füzuli. Bu səbəblərin ümdəsi onlar(ın) bizdən artıqraq elm təhsil etməsidir. “Əkinçi”....

ARTIQTAMAH (ID - 1735)

sif. Çox tamahkar.

ARTIQTAMAHLIQ (ID - 1736)

is. Tamahkarlıq, acgözlülük. Artıqtamahlıq etmək. - [Gülsənəm:] [Hümmətəli] artıqtamahlıq eləyib, vəssalam! M.Hüseyn.

ARTIM (ID - 1737)

is. 1. Sayca, həcmcə və s. artma; artan miqdar. Bəxti bir yanıqlı ah çəkdi: -Artımı çox azdır.. S.Rəhimov.
Bişdikdən sonra çörəyin, düyünün və s.-nin çəkisinin artması, bərəkət. Un çox böyük artım verir. Bu düyünün...

ARTIMLI (ID - 1738)

sif. Çox artım verən, çox artan, çox artıb törəyən; bərəkətli, məhsuldar. Artımlı düyü.

ARTIMSIZ (ID - 1739)

sif. Artım verməyən, artmayan, artıb törəməyən; bərəkətsiz.

ARTIRILMA (ID - 1740)

“Artırılmaq”dan f.is.

ARTIRILMAQ (ID - 1741)

“Artırmaq”dan məch. Müqaviləyə yeni maddələr artırılmaq. Maşının sürəti artırılmaq. Vəzifəsi artırılmaq. Yükü artırılmaq.

ARTIRMA1 (ID - 1742)

“Artırmaq”dan f.is.

ARTIRMA2 (ID - 1743)

is. 1. Eyvan, balkon; əsas binaya yapışıq yüngül tikili. Artırmada balıq kababı bişirdilər... A.Şaiq. Nökər də artırma qapısını açıb .. qonağa yol göstərdi. Çəmənzəminli. Həyətin ön tərəfində ikimərtəbəli evin balaca...

ARTIRMAC (ID - 1744)

b a x artırma2#.

ARTIRMAQ (ID - 1745)

f. 1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq. - Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.
Əlavə etmək,...

ARTİKL (ID - 1746)

[lat.] qram. Bəzi dillərdə müəyyənliyi və qeyri-müəyyənliyi və bəzən cinsi bildirmək üçün isimlərdən əvvəl işlənən hissəcik. Bəzi dillərdə (məs.: ingilis dilində) artikl dəyişmir, bəzi dillərdə isə (məs.: alman dilində)...

ARTİKUL (ID - 1747)

[lat.] Malın, məmulatın tipi.

ARTİKULYASİYA (ID - 1748)

[lat.] dilç. Müəyyən səsi tələffüz etmək üçün dodaqların, dilin, damarın, səs tellərinin gördüyü iş; məxrəc.

ARTİLLERİYA (ID - 1749)

[fr.] 1. Müxtəlif quruluşlu və ölçülü toplar. Artilleriya atəş gücünə görə yüngül, ağır, böyük güclü və çox böyük güclü növlərə bölünür.
Topçu qoşunu.
Topların quruluşu, xassəsi və hərbi əməliyyatda tətbiqi...

ARTİST (ID - 1750)

[fr.] İncəsənət əsərlərinin ifaçısı (aktyor, çalğıçı, müğənni və b.). Opera artisti. Sirk artisti. Balet artisti. Estrada artisti. - Opera və balet teatrının yaradıcı heyəti Sabirabad və Əli Bayramlı rayonlarına artist briqadası...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed