
ARTIQRAQzərf köhn. Hamıdan artıq, daha artıq. Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl; Kim olam bu dərdə artıqraq giriftar, ey həkim! Füzuli. Bu səbəblərin ümdəsi onlar(ın) bizdən artıqraq elm təhsil etməsidir. “Əkinçi”. [Hacı Kamyab:] Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıqraq mənfəət aparır. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|