İzahlı lüğət

ADAMCIĞAZ (ID - 251)

ox0. Yazıq adam, fağır adam; zavallı, mərhəmətə layiq insan (bəzən kinayə və istehza ilə “məhdud düşüncəli, səthi adam” mənasında işlənir). Adamcığaz az qala maşının altında qalmışdı.

ADAMCIL (ID - 252)

sif Adamyeyən, insan qanma həris olan.
// Vəhşi, yırtıcı.

ADAMCILLIQ (ID - 253)

is. Vəhşilik, yırtıcılıq.

ADAMDANQAÇAN (ID - 254)

sif Adamlara uyuşmayan, adamlarla ünsiyyət bağlamayan, ürkək.

ADAMLI (ID - 255)

sif dan. Yaxın adamı, böyüyü olan; köməyi, arxası, himayəçisi, qohum əqrəbası olan.

ADAMLIQ (ID - 256)

is. 1. İnsanlıq, tərbiyəlilik; ünsiyyət, adamlarla yola getmə. Onun heç bir adamlığı yoxdur. - [Nəcəf:] Bu da bizim adamlığımız!.. İ.Əfəndiyev.
2. Doğruluq, alicənablıq, insanpərvərlik, xeyirxahlıq, yaxşılıq.
...adamlıq...

ADAMOYNADAN (ID - 257)

is. və sif dan. Adamı araya qoyan, adam ələ salan, adama lağ edən, lağa qoyan.

ADAMSATAN (ID - 258)

is. Xain; xəbərçi.

ADAMSEVMƏZ (ID - 259)

sif və is. Adamları sevməyən, adamlardan xoşu gəlməyən, adamlardan qaçan, mərdümgiriz.

ADAMSEVMƏZLİK (ID - 260)

is. Adamsevməz adamın xasiyyəti.

ADAMSIZ (ID - 261)

sif Kimsəsiz, yalnız; adamı, köməkçisi olmayan; arxasız, himayəsiz. O adamsızdır, heç kəsi yoxdur.

ADAMSIZLIQ (ID - 262)

is. Kimsəsizlik, yalnızlıq, köməksizlik, arxasızlıq, himayəsizlik.

ADAMSİT (ID - 263)

[xüs. is.-dən] kim. Burun və boğazın selikli qişasına təsir edən zəhərləyici maddə.

ADAMYANA (ID - 264)

dan. 1. zərf b a x adamcasına. Pəs, biz deyirik ki, yumruq, sillə ortalıqdan çıxsın, uşaq ilə adamyana rəftar olsun ki, özü yaxşını yamandan dərk edib, bəd əmələ mürtəkib olmasın. “Əkinçi”.
2. sif Gözəl, yaxşı, abırlı,...

ADAMYEYƏN (ID - 265)

sif. İnsan əti yeyən, vəhşi, yamyam. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki, zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Adam da, div də, adamyeyən vəhşi heyvan da; Sənətin yüksəlişiylə mədəniyyətin zirvəsində; Əxlaqın süqutu...

ADAPTASİYA (ID - 266)

[lat. adapto - uyğunlaşdırıram] Orqanizmin quruluş və funksiyasının şəraitə uyğunlaşması.

ADAPTER (ID - 267)

[əsli lat.] Qrammofon (patefon) valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz.

ADAŞ (ID - 268)

is. Adları eyni olan adamlar. O mənimlə adaşdır. Adaşlar gəldilər. - Dodaqlarında kövrək təbəssüm, gözlərində maraq.
Tez sağal! - dedi, - adaş! R.Rza.

ADAŞLIQ (ID - 269)

is. İki və ya bir neçə adamın eyni adda olması.

ADAT (ID - 270)

ADBAAD (ID - 271)

zərf Hər kəsi, yaxud hər şeyi öz adı ilə, bir-bir adlarını deyərək. Adbaad çağırmaq. Adbaad yazmaq. - Mən sizi adbaad murova nişan verib istəmişəm.. M.F.Axundzadə. Mirkərim ağa bu işlərin cəmisini adbaad yazıb.. C.Məmmədquluzadə....

ADDA-BUDDA (ID - 272)

1. zərf Oradan-buradan, rabitəsiz. Adda-budda danışmaq. - Əziz xan əlini saldı cibinə, bir qayıtdı qonaqlara səmt, bir çöndü Məmmədhüseynə tərəf və başladı adda-budda danışmağa. C.Məmmədquluzadə.
// Dağınıq, nizamsız,...

ADDA-BUDDALIQ (ID - 273)

is. 1. Nizamsızlıq, tərtibsizlik, rabitəsizlik, dağınıqlıq, qarışıqlıq.
2. Bir təsərrüfata məxsus torpaq sahələrinin özgə təsərrüfatın torpaqları içərisində dağınıq halda olması. Adda-buddalıq yalnız kənd təsərrüfatı...

ADDAMA (ID - 274)

1. “Addamaq”dan fis.
2. is. məh. Çaydan, arxdan keçmək üçün düzəldilmiş keçid.

ADDAMAQ (ID - 275)

f Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq. Çəpəri addamaq. Arxın o tayına addamaq.
[Şahvələd] o vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşman geri qayıtdı Tiflisə. “Aşıq Qərib”....

ADDIM (ID - 276)

is. 1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. Ağır addım. İri addım. Addım səsi eşitmək. Addımını yavaşıtmaq. Addımını sürətləndirmək.
Bir addım arasındakı məsafə qədər uzunluq...

ADDIMBAADDIM (ID - 277)

zərf Addımlarla, addım atdıqca, addım-addım izləyərək (başqasını).

ADDIMBAŞI (ID - 278)

zərf Hər addımda, hər yerdə, tez-tez, arası kəsilmədən. Nəğməyə söz verək, ötək ucadan; Şirin bülbül kimi hər addımbaşı. M.Rahim. ..Usta ona [Davuda] müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı. Mir Cəlal. Divanxana...

ADDIMLAMA (ID - 279)

“Addımlamaq”dan f.is.

ADDIMLAMAQ (ID - 280)

f. 1. Müntəzəm addımlarla yerimək, irəliləmək, irəli addım atmaq. [Firidun] tez özünü düzəldib irəli addımladı. M.İbrahimov. Gülnaz irəlidəki dəstədən xeyli geri qaldıqlarını elə bil yalnız indicə anlayıb sürətlə addımladı....

ADDIMLATMAQ (ID - 281)

“Addımlamaq”dan icb.

ADDIMLI (ID - 282)

sif. Yeriyərkən iri addım atan, addımı iri olan.

ADDIMLIQ (ID - 283)

is. 1. Bir addım məsafə.
2. Adətən saylara qoşularaq məsafənin neçə addım olduğunu göstərir. Həyət qapısından girən kimi sola burulmaq və beş addımlıqdakı dar pilləkənlərdən enmək lazım gəldi. M.İbrahimov.

ADDIMÖLÇƏN (ID - 284)

is. xüs. Piyada gedilən məsafəni ölçmək üçün cihaz.

ADDİSON (ID - 285)

[xüs. is. -dən] Böyrəküstü vəzilərin qabıq qatı funksiyasının xronik çatışmazlığı xəstəliyi. Addison xəstəliyinin əlamətləri.

ADEKVAT (ID - 286)

sif. [lat.] Eyni, uyğun, mütabiq. Adekvat cisim və hadisələr.

ADENOMA (ID - 287)

is. [yun.] tib. Bədənin müxtəlif üzvlərində əmələ gələn xoşxassəli şiş. Adenoma vaxtında cərrahi yolla müalicə edilməlidir.

ADƏ (ID - 288)

nida, dan. Haylama, çağırma, çağırış nidası (adətən oğlanlara deyilir). [Hacı Həsən:] Adə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək. C.Məmmədquluzadə. Bəsdir, bu qədər başlama fəryadə,...

ADƏM (ID - 289)

[ər.] b a x adam. Səcdə qıl yarə könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani.
□□ Adəm alması anat. - qığırdağın çıxıq yeri; xirtdək. ..Adəm alması deyilən xirtdək sümüyündən...

ADƏT (ID - 290)

is. [ər.] 1. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, rəsm. Rayonlarda xurafat və köhnə adət təsirlərindən qurtulmayan işçiləri biabır edirdilər.. Mir Cəlal.
// Qayda, dəb. Başına...

ADƏTA (ID - 291)

b a x adətən. Bu nə müdhiş hava, susuzluqdan; Adəta qıvrılıb yanar insan. H.Cavid.

ADƏTƏN (ID - 292)

zərf [ər.] Adət üzrə, həmişə olduğu kimi, bir qayda olaraq, daim, həmişə. Adətən az danışmağı sevən usta Ramazan şagirdinin üzünə baxmadan, bütün ürəyini boşaltmağa fürsət tapmış kimi yenə başladı.. M.Hüseyn.

ADƏTKƏR (ID - 293)

[ər. adət və fars. ...kar] b ax adətkərdə.

ADƏTKƏRDƏ (ID - 294)

sif [ər. adət və fars. ...kərdə] Adət etmiş, vərdiş etmiş, alışmış, öyrəşmiş. [Fərhad:] Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsinizmi? Ə.Haqverdiyev.
□ Adətkərdə olmaq - alışmaq, vərdiş etmək,...

ADƏTKƏRDƏLİK (ID - 295)

is. Adət etmə, vərdişlik.

ADHEZİYA (ID - 296)

is. [lat.] İki müxtəlif cinsli bərk və ya maye cismin bir-birinə yapışması.

ADI (ID - 297)

əd. dan. Qətiyyən, əsla, heç, yerlidibli. Bu işdən adı xəbərim yoxdur. Bundan sonra adı sizə ayaq basmayacağam.

ADIBƏDNAM (ID - 298)

dan. b a x bədnam.

ADIBƏDNAMLIQ (ID - 299)

dan. b a x bədnamlıq.

ADIBİLİNMƏZ (ID - 300)

sif Adı bəlli olmayan, öz adını gizli saxlayan, adı məlum olmayan. Bu adıbilinməz adam öz ərizəsinə görə, yoxsa budka ləğv edildiyinə görə tutduğu vəzifəsindən azad edilibdir? “Kirpi”.
......
.....i_l_bolme_mundericati