.....i_l_by_id_with_comments ADDAMAQ sözünün izahı / ADDAMAQ sözünün mənası

İzahlı lüğət

ADDAMAQ

f Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq. Çəpəri addamaq. Arxın o tayına addamaq.
[Şahvələd] o vaxt gəlib çatdı ki, gördü Qərib Kürü addayıb, kor-peşman geri qayıtdı Tiflisə. “Aşıq Qərib”. [Gəldiyev] fındıqlı deyilən balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Mir Cəlal.
// Bir yerdən o biri yerə keçmək. ..Kərim bəy Nərimanı özü oxutmuş, hər sinif addadıqca, bir mükafat ilə həvəsləndirmiş(di).. Mir Cəlal.
// məc. Ötmək, keçmək, aşmaq. - Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ALU

AY2

......
....