
ADAMYEYƏNsif. İnsan əti yeyən, vəhşi, yamyam. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki, zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Adam da, div də, adamyeyən vəhşi heyvan da; Sənətin yüksəlişiylə mədəniyyətin zirvəsində; Əxlaqın süqutu ilə vəhşiliyin dibindədir. Şəhriyar.
Paylaşın - Hamı bilsin
|