ADDIMis. 1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. Ağır addım. İri addım. Addım səsi eşitmək. Addımını yavaşıtmaq. Addımını sürətləndirmək.
Bir addım arasındakı məsafə qədər uzunluq ölçüsü. Həyətin uzunu 20 addımdır. Məktəblə evin arası 200 addım olar. - Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. □ Bir neçə addımda çox yaxında, lap yaxında. [Əmir İnanc:] Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. M.S.Ordubadi. məc. Hərəkət, iş, təşəbbüs. Təhlükəli addım atmaq. Fikirləşmədən addım atmaq. “Sürətli”, “qəti” və s. sözlərlə bərabər bir şeyin irəliləməsini, inkişafmı göstərmək üçün işlənir. □□ Addım açmaq (götürmək) - yeyin getməyə başlamaq, getdikcə addımmı artırmaq, yerişini sürətləndirmək. Addım atmaq 1) b a x addımlamaq 1 və 3-cü mənalarda; məc. təşəbbüs etmək. Addımına haram qatmaq - yerişini bir qədər sürətləndirmək. Div addımları ilə irəliləmək - b a x div. Hər addımda, hər addım başında b a x addımbaşı. İlk addım atmaq - bir işdə təşəbbüsçü olmaq, birinci çıxış etmək. İlk addım(lar) - hər hansı işin, fəaliyyətin ilk dövrü. Elə ilk addımda atın gözü qorxsaydı, bircə dəfə dirənib dursaydı, sonra fələk özü gələydi yenə ürgəni irəli qova bilməzdi.. Ə.Məmmədxanlı. addım-addım zərf Ağır-ağır, yavaşyavaş. Addım-addım yerimək. Addımaddım irəliləmək. - Gələn adam idi. Sinəsinə, addım-addım ehtiyatla yeriyirdi. Mir Cəlal. Mən bu gözəl diyarı dolaşıb addımaddım; Min budaqdan-budağa özümü quştək atdım. Ə.Cəmil. Paylaşın - Hamı bilsin
|