
ADDIMLAMAQf. 1. Müntəzəm addımlarla yerimək, irəliləmək, irəli addım atmaq. [Firidun] tez özünü düzəldib irəli addımladı. M.İbrahimov. Gülnaz irəlidəki dəstədən xeyli geri qaldıqlarını elə bil yalnız indicə anlayıb sürətlə addımladı. M.Hüseyn.
Addımla ölçmək, addım saymaq. məc. Ötmək, keçmək, ötüb-keçmək. Günlər addımlayır, gedir irəli.. S.Vurğun. Paylaşın - Hamı bilsin
|