İzahlı lüğət

ANBARÇILIQ (ID - 1351)

is. Anbarçı vəzifəsi, işi.

ANBARDAR (ID - 1352)

b a x anbarçı. Nə hesabdar yazır, nə anbardar buraxır, nə də fəhlə taya yaxın gəlirdi. Mir Cəlal.

ANBARDARLIQ (ID - 1353)

b a x anbarçılıq.

ANBARGÜVƏSİ (ID - 1354)

is. zool. Taxıla düşən güvə, taxılbiti.

ANBARLAMAQ (ID - 1355)

f dan. Anbara yığmaq, anbara vurmaq, anbara yığıb saxlamaq.

ANCAQ (ID - 1356)

1. bağl. Lakin, amma. Ancaq mən sevgilərin bu qədər aldadıcı .. olduğunu bilmirdim. M.S.Ordubadi. [Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Mir Cəlal.
Zərf mənasında. Çətinliklə, zorla, gücbəla...

AND (ID - 1357)

is. Bir şey haqqında verilən təntənəli vəd, söz.
// Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and.
Andına inanıram, xoruzun da quyruğu görünür. (Ata. sözü). Bu and ilə xəbər verir bizə cəbhədən;...

AND-AMAN (ID - 1358)

and-aman eləmək - bir şeyi inkar və ya təsdiq etmək üçün and içmək, dəlillər və sübutlar gətirib inandırmağa çalışmaq. Bir dəfə [Miraxur] arvadım öldürmək istəmiş, arvad and-aman eləyib, onu şübhədən daşındırmışdı....

ANDÇI (ID - 1359)

is. köhn. Keçmişdə məhkəmədə və s.-də başqasının yerinə and içən inanılmış və nüfuzlu adam.

ANDDAŞ (ID - 1360)

is. Müəyyən əhd, şərt üçün andlaşıb bir-birinə təntənəli vəd verən adamların hər biri.

ANDIR (ID - 1361)

is. dan. Əsil mənası “sahibsiz, yiyəsiz mal, ölən bir şəxsin qohumlarına irs qoyub getdiyi mal, şey” olub indi, adətən, canlı dildə söyüş, qarğış yerində (bəzən “andıra qalmış” şəklində işlənir) işlənir. Andıra...

ANDIRMAQ (ID - 1362)

f 1. Anlatmaq, başa salmaq, qandırmaq. Payız gəlib xəzandır; Xəzan pərgar pozandır; Ürəkdə bir dərdim var; El-obaya yaz, andır. (Bayatı). Yazdığın ta oxuyub andırsın; Mətləbin başqasına qandırsın. A.Səhhət. Naəhl olana mətləbi...

ANDIZ (ID - 1363)

is. bot. Xalq təbabətində dərman kimi işlənilən bitki. Andız kökündən bəlğəmgətirici dərman hazırlanır.

ANDIZLIQ (ID - 1364)

is. Andız bitən yer.

ANDLAŞMA (ID - 1365)

“Andlaşmaq”dan f.is.

ANDLAŞMAQ (ID - 1366)

qarş. Bir-birinə ürək qızdırıb inanmaq və bel bağlamaq haqqında bir-birinə təntənəli söz vermək, əhdləşmək.

ANDLI (ID - 1367)

sif And içərək üzərinə müəyyən vəzifə və s. götürmüş, and içmiş. Andlı iclasçılar institutu.

ANEKDOT (ID - 1368)

[yun.] Gülməli və məzəli bir hadisə haqqında uydurma qısa hekayə; lətifə. Anekdot danışmaq.

ANƏN (ID - 1369)

zərf [ər.] Birdən, gözlənmədən; bir anda, dərhal. Anən gəldi.

ANGİNA (ID - 1370)

[lat.] tib. Əsnəyin selikli qişasının və xüsusən badamcıqların iltihabı. Angina oynaq, böyrək və ürək xəstəliyinə səbəb ola bilər.

ANILMA (ID - 1371)

“Anılmaq”dan f.is.

ANILMAQ (ID - 1372)

məch. Yada salınmaq, xatırlanmaq, yad edilmək. Yazıçının xatirəsi anıldı.

ANIŞ (ID - 1373)

is. qəd. İstək, arzu, dilək. Gecə-gündüz mənim anışım budur; Görüm Huri Pəhləvandan ayrılsın. (Qoşma).

ANİ (ID - 1374)

sif. Ən az, ən qısa bir zamanda olan; bir anda, göz yumub açınca olub keçən. Ani təsir. Ani sükut. Ani ölüm. - Bizim bu ani tanışlığımızın ömrü bir-iki saatlıq söhbətdən ibarət olacaqmı? M.S.Ordubadi. Nəriman bu baxışlarda...

ANİLİK (ID - 1375)

is. Bir an içində olan şeyin xassəsi, halı.
// Müvəqqətilik, keçicilik.
// Qəfillik, gözlənilməzlik.

ANİMİZM (ID - 1376)

[lat.] İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi). Animizmin başlıca ideyası.

ANKET (ID - 1377)

[fr.] Qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqəsi. Anket doldurmaq. - [Heybət:] Ərizəmi oxudular. Anketimi oxudular. Sonra da başladılar sual verməyə. M.Hüseyn.

ANKLAV (ID - 1378)

is. [fr.] Hər tərəfdən eyni bir dövlətin ərazisi ilə sərhədlənən və dənizlə sərhədi olmayan yer, torpaq. Anklavın dəniz sahili olduqda ona yarım anklav deyilir.

ANQAR (ID - 1379)

[fr.] Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili. Anqarlar istifadəsinə görə daimi, müvəqqəti və yığılıbsökülən ola bilər.

ANQIRIŞMAQ (ID - 1380)

qarş. Ağız-ağıza verib, hamısı birdən anqırmaq, bağırmaq; bağırışmaq. Daxmaları yerə yatmış dağınıq kənddə eşşəklər anqırışır, xoruzlar banlaşır.. S.Rəhimov.

ANQIRMA (ID - 1381)

“Anqırmaq”dan f.is.

ANQIRMAQ (ID - 1382)

f Bərk bağırmaq, böyürmək. Eşşək anqıranda itin başı ağrıyar. (Ata. sözü). - Təlxəklər bütün kələklərini meydana qoydular: .. çaqqal kimi ulaşdılar, banladılar, anqırdılar, kişnədilər, .. xanın halına təfavüt eləmədi....

ANQIRTI (ID - 1383)

is. Eşşək səsi, eşşək bağırtısı. Uzaqdan anqırtı səsi gəlir.
// Ümumiyyətlə, bərk səs, bağırtı. İki yüz il idi ki, yatmışdım
Təbrizdə .. nə maşın çığırtısı, nə paroxod anqırtısı, nə fayton-araba tıqqıltısı...

ANQIRTMA (ID - 1384)

“Anqırtmaq”dan f.is.

ANQIRTMAQ (ID - 1385)

icb. 1. Anqırmağa, qışqırmağa, bağırmağa məcbur etmək; bağırtmaq.
2. məc. isteh. Ağlatmaq, böyürtmək.

ANQUT (ID - 1386)

is. 1. zool. Uzunboğazlı, ördəyə oxşar, tutqun qırmızı rəngli caydaq quş. Anqut köçəri quşdur, lakin qışlayanları da olur.
məc. dan. Uzun, iri gövdəli, iri sümüklü, yaxud arıqlıqdan sümükləri çıxmış adam haqqında.
...

ANQUTBOĞAZ (ID - 1387)

sif. dan. Çox arıq; boğazı incəlmiş, uzunboğaz (adam haqqında).

ANLADILMA (ID - 1388)

“Anladılmaq”dan f.is.

ANLADILMAQ (ID - 1389)

məch. Başa salınmaq, qandırılmaq, bildirilmək.

ANLAQ (ID - 1390)

is. Düşüncə, qanacaq, mərifət, dərrakə. [Ağa Qurban:] Bizim bu yekəpapaqlarda anlaq nə gəzir, gedirlər bazara, gəlirlər evlərinə, bir az zəhrimar yeyib yıxılıb yatırlar və elə bilirlər ki, həyat sürürlər. Ə.Haqverdiyev.

ANLAQLI (ID - 1391)

sif. Düşüncəli, qanacaqlı, mərifətli, dərrakəli. Anlaqlı adam. Anlaqlı uşaq.

ANLAQLIQ (ID - 1392)

is. hüq. Şəxsin öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək qabiliyyəti. Cinayət etmiş şəxsin anlaqlığı.

ANLAQSIZ (ID - 1393)

sif. Düşüncəsiz, qanacaqsız, mərifətsiz, dərrakəsiz. [Nizami:] Qədim mədəniyyət tarixini unudan .. adamlara ya anlaqsız, yainki əcnəbi puluna satılan adamlar kimi baxırıq. M.S.Ordubadi.

ANLAQSIZLIQ (ID - 1394)

is. Düşüncəsizlik, qanacaqsızlıq, mərifətsizlik, dərrakəsizlik. Anlaqsızlıq vəziyyəti.

ANLAMA (ID - 1395)

“Anlamaq”dan f.is.

ANLAMAQ (ID - 1396)

f 1. Başa düşmək, qanmaq, düşünmək, dərk etmək. Sözün mənasını anlamaq. Bu söhbətdən heç bir şey anlamadım. - Çox nüktə var, sən anlamasan, anlar aşiqin! M.Ə.Sabir. Sadədil muzdur
indi anladı ki, uzunboylu, qarabığlı...

ANLAMAZ (ID - 1397)

sif. Qanmaz, mərifətsiz, şüursuz, qanacaqsız; kobud. Anlamaz adam.
// İs. mənasında. Əğyar ilən çıxıb seyrə dərməsin; Layiq olmaz anlamaza bənövşə. M.P.Vaqif.

ANLAMAZLIQ (ID - 1398)

is. Qanmazlıq, şüursuzluq, mərifətsizlik, qanacaqsızlıq, kobudluq.

ANLAŞIQLI (ID - 1399)

sif. Aydın, başa düşülən, hamının başa düşəcəyi şəkildə olan. Biz .. hamının qəlbinə yol açan, aydın, anlaşıqlı və sadə bir dildə yazılmış şeirlər yaratmalıyıq. S.Vurğun. ..Əruzla aydın və anlaşıqlı bir dildə...

ANLAŞILAN (ID - 1400)

ara söz. Yəqin ki, ehtimal ki, görünür ki.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed