
ANİsif. Ən az, ən qısa bir zamanda olan; bir anda, göz yumub açınca olub keçən. Ani təsir. Ani sükut. Ani ölüm. - Bizim bu ani tanışlığımızın ömrü bir-iki saatlıq söhbətdən ibarət olacaqmı? M.S.Ordubadi. Nəriman bu baxışlarda da öz ürəyindən keçənləri duydu, lakin bu çox ani (z.) oldu. Mir Cəlal. Musa kişi susaraq ani bir fikrə getdi. M.İbrahimov.
// Müvəqqəti, keçici, tez keçən. // Qəfil, gözlənilməz. Ani təərrüz. Paylaşın - Hamı bilsin
|