
ANDIRMAQf 1. Anlatmaq, başa salmaq, qandırmaq. Payız gəlib xəzandır; Xəzan pərgar pozandır; Ürəkdə bir dərdim var; El-obaya yaz, andır. (Bayatı). Yazdığın ta oxuyub andırsın; Mətləbin başqasına qandırsın. A.Səhhət. Naəhl olana mətləbi andırmaq olurmu? M.Ə.Sabir.
Xatırlatmaq, yada salmaq, oxşar kimi görünmək. Toxunmadan sızıltılı çıxan həzin naləsi; Əldən düşmüş bir sınıq saz olduğunu andırır. A.Səhhət. [Kor kişinin] əlbisəsinin tərzi, biçimi, üzünün xətləri aciz və bacarıqsızlığını andırırdı. S.Hüseyn. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər .. təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|