İzahlı lüğət

ANLAMAQ

f 1. Başa düşmək, qanmaq, düşünmək, dərk etmək. Sözün mənasını anlamaq. Bu söhbətdən heç bir şey anlamadım. - Çox nüktə var, sən anlamasan, anlar aşiqin! M.Ə.Sabir. Sadədil muzdur
indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə.
Duymaq, sezmək, hiss etmək, başa düşmək. Onlar bir-birini yaxşı anlayırlar. Ürəyindən keçəni dərhal anladım. - Qız artıq onu [Firidunu] özünə yaxın bir dost hesab edirdi. Bunu o, onun səmimi rəftarından anlayırdı. M.İbrahimov.
Bir şey haqqında müəyyən fikri, baxışı olmaq. Bunu mən başqa cür anlayıram. Sizcə, bunu necə anlamaq lazımdır? Mənim anladığıma görə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

A2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed