ANDis. Bir şey haqqında verilən təntənəli vəd, söz.
// Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and. Andına inanıram, xoruzun da quyruğu görünür. (Ata. sözü). Bu and ilə xəbər verir bizə cəbhədən; Bizim zəfər toplarının o qadir səsi. S.Vurğun. □ And içdirmək and içməyə, söz verməyə məcbur etmək. And içmək - 1) müqəddəs, yaxud böyük və əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözünə, vədinə, yaxud öhdəsinə aldığı vəzifəni layiqincə yerinə yetirəcəyinə inandırmaq. Mənim and içdiyim o məhəbbətin; Ruhunda müqəddəs bir pəriyaşar. S.Vurğun. Musa dayının nə üçün and içmədiyi [Firidunun] fikrində anlaşılmaz bir sirr olub qalmışdı. M.İbrahimov; 2) söz vermək. Camaatın vəziyyəti elə idi ki, guya hamı əlini bir işə vurmayacağına and içmişdi. Ə.Vəliyev. And vermək - müqəddəs, yaxud əziz sayılan bir şəxsin, ya şeyin adını çəkməklə xahiş etmək, yalvarmaq. And verib soruşdum bir-bir dedilər; Fəqir, səni şeyda qılan gəlməmiş. Q.Zakir. Əzizim binə gəlsin; Köç gəlsin, binə gəlsin; Sevdim tərsa qızını; And verin dinə gəlsin. (Bayatı). Andı(nı) pozmaq - verdiyi vədə yalançı çıxmaq, andı yerinə yetirməmək. Andından dönmək - b a x andı(nı) pozmaq. Qardaşım! Dönmərəm öz andımdan! S.Rüstəm. Paylaşın - Hamı bilsin
|