
ANQUTis. 1. zool. Uzunboğazlı, ördəyə oxşar, tutqun qırmızı rəngli caydaq quş. Anqut köçəri quşdur, lakin qışlayanları da olur.
məc. dan. Uzun, iri gövdəli, iri sümüklü, yaxud arıqlıqdan sümükləri çıxmış adam haqqında. □ Anquta dönmək, anqutu çıxmaq - arıqlıqdan anqut kimi boğazı uzanmaq. Arıqlayıb anquta dönmüşdür. məc. Həris, acgöz, çox iştahalı adam haqqında. □ Anqut kimi udmaq - qabağına qoyulan yeməyi acgözlüklə, tələsik qamarlayıb yemək. Paylaşın - Hamı bilsin
|