AĞZIPƏRTÖV (ID - 651)b a x ağzıyava.
|
AĞZIPƏRTÖVLÜK (ID - 652)b a x ağzıyavalıq.
|
AĞZIPOLAD(LI) (ID - 653) b a x ağzıkəsərli.
|
AĞZIPOZUQ (ID - 654)b a x ağzıyava.
|
AĞZIPÜSTƏ (ID - 655)sif. Ağzı çox kiçik və zərif.
|
AĞZISÖYÜŞLÜ (ID - 656)b a x ağzıyava. ..Bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzısöyüşlü, tərbiyəsiz .. idi. M.İbrahimov.
|
AĞZIYARI (ID - 657)sif. Ağzına qədər dolmamış, yarımçıq.
|
AĞZIYARIQ (ID - 658)sif. Dodağının bir yeri yarıq olan.
|
AĞZIYASTI (ID - 659)is. məh. Hər iki tərəfi yastı olan külüng növü.
|
AĞZIYAVA (ID - 660)sif. dan. Söyüşkən, hərzə danışan, ədəbsiz danışan, ağzına gələni danışan.
|
AĞZIYAVALIQ (ID - 661)is. dan. Söyüşkənlik, ədəbsiz danışmaq xasiyyəti, ağzıpərtövlük. Axı bu ağzıyavalığın sənə nə faydası var ki, öz həmməzhəblərini xarici ölkələrdə bəla və qaxınc oxuna hədəf edirsən.. M.F.Axundzadə.
|
AĞZIYELLİ (ID - 662)sif. dan. Yekə-yekə danışan; hərbə-zorba ilə, hədə-qorxu ilə danışan. Ağzıyelli adam. - Polis, jandarm və ağzıyelli mürtəcelərin zülmü xeyli azalmış, müxtəlif hizblər, ittihadiyyələr meydana çıxmışdı. M.İbrahimov.
|
AĞZIYIRTIQ (ID - 663)sif. dan. Sirr saxlamayan, söz saxlamayan; boşboğaz, çərən-pərən danışan.
|
AĞZIYIRTIQLIQ (ID - 664)is. Sirr saxlamamaq xasiyyəti; boşboğazlıq.
|
AĞZIYUXARI (ID - 665)zərf Yuxarıya doğru, yuxarı tərəfə istiqamət alaraq; üzüyuxarı, başıyuxarı. [Fətəli xan] o döşdən tutmuş bu Şuşa dərələrini qoşunu ilə doldurmuşdu, .. ağzıyuxarı qalaya tərəf daraşmışdılar. Çəmənzəminli.
|
AH (ID - 666)1. nida. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir. Ah, başım ağrıyır. - Ah, zalım! Ah, kim, oldum yolunda can fəda. M.Ə.Sabir. Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xərababadə? M.Hadi. [Səfər...
|
AHA (ID - 667)nida. 1. Bir şeyi birdən-birə başa düşdükdə, bir şeyi axtararkən gözlənilmədən ona rast gəldikdə, yaxud da unudulan bir şey birdən yada düşdükdə deyilir. Aha, yadıma düşdü! Aha, yaxşı əlimə düşmüsən! Aha, sən də gəlmisən...
|
AHAL (ID - 668)b a x ahıl.
|
AHALLAŞMA (ID - 669)“Ahallaşmaq”dan f.is.
|
AHALLAŞMAQ (ID - 670)b a x ahıllaşmaq.
|
AH-AMAN (ID - 671)b a x aman 6-cı mənada. Öz qəti hökmünü verəcək zaman; Dünya görməyəcək bir də ah-aman! Ə.Cəmil.
|
AH-ƏFĞAN, AHÜ ƏFĞAN (ID - 672)is. [fars.] b a x ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir.
|
AHƏN (ID - 673)is. [fars.] klas. Dəmir. Peykanlarınla doldu tənim, afərin sənə; Bidad çəkməyə tənimi ahən eylədin. Füzuli. O qədər ki, peykan vurub cismimə; İtibdir bədənim ahən içində. Q.Zakir.
|
AHƏNG (ID - 674)is. [fars.] 1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. - Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri...
|
AHƏNGDAR (ID - 675)sif. [fars.] 1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə. - Əncir ağacı...
|
AHƏNGDARLIQ (ID - 676)is. 1. Səslər və s. arasında uyğunluq. Musiqinin ahəngdarlığı. Nəğmənin ahəngdarlığı. Səslərin ahəngdarlığı. - Şerim sərbəstdir bir qədər; Birdən ahəngdarlıq sevən Xəzər; Məndən küsər. M.Araz.
2. Uyğunluq, müntəzəmlik.... |
AHƏNGLƏNDİRMƏ (ID - 677)“Ahəngləndirmək”dən f.is.
|
AHƏNGLƏNDİRMƏK (ID - 678)f. Ahəngə salmaq, müəyyən ahəngə tabe etmək; səsləri və s.ni bir-birinə uyğunlaşdırmaq.
|
AHƏNGLƏŞDİRMƏ (ID - 679)“Ahəngləşdirmək”dən f.is.
|
AHƏNGLƏŞDİRMƏK (ID - 680)bax ahəngləndirmək.
|
AHƏNGLİ (ID - 681)b a x ahəngdar. Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır,.. ürəklərini yumşaldırdı. M.İbrahimov.
|
AHƏNGLİLİK (ID - 682)b a x ahəngdarlıq.
|
AHƏNGSİZ (ID - 683)sif. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olmayan, qulağa (gözə) xoş gəlməyən. Ahəngsiz nəğmə, şeir, musiqi, rəsm.
// Uyğunsuz. |
AHƏNGSİZLİK (ID - 684)is. Səslər və ya rənglər arasında uyğunluq (ahəng) olmaması. Nəğmənin, şerin, musiqinin ahəngsizliyi. Rənglərin ahəngsizliyi.
|
AHƏNRÜBA (ID - 685)is. [fars.] bax maqnit. Ahənrüba - yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Məmmədquluzadə. Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zərdabi.
// məc. Cəzbedici qüvvə, cazibə.... |
AHƏSTƏ (ID - 686)sif. və zərf [fars.] Asta, yavaş, ağır, üsullu. Dərənin hər iki tərəfindən bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzadə. Ey dil, amandı, sirrini biganə bilməsin;...
|
AHƏSTƏCƏ (ID - 687)zərf Astaca, astalıqla, yavaşca, yavaş-yavaş, üsulluca. Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi; Bədənində donuşub laxtalanır qan, ölüb-ə! M.Ə.Sabir. [Məşədi Əsgər] ahəstəcə qapını açıb içəri girdi. S.M.Qənizadə.
... |
AH-FƏĞAN, AHÜ FƏĞAN (ID - 688)b a x ah-nalə, ahü nalə 2-ci mənada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. Heyran xanım. Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz. S.Ə.Şirvani. Hər tərəfdən ucaldı ahü fəğan....
|
AH-FƏRYAD, AHÜ FƏRYAD (ID - 689)bax ahııalə, ahü nalə. [Paşa bəy:] ..Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Vəliyev.
|
AHIL (ID - 690)sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. Ahıl kişi. Ahıl arvad. - Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev....
|
AHILLANMA (ID - 691)“Ahıllanmaq”dan f.is.
|
AHILLANMAQ (ID - 692)b a x ahıllaşmaq.
|
AHILLAŞMA (ID - 693)“Ahıllaşmaq”dan f.is.
|
AHILLAŞMAQ (ID - 694)f. Yavaş-yavaş yaşa dolmaq, qocalmağa başlamaq.
|
AHILLIQ (ID - 695)is. Ahıl adamın halı.
|
AH-NALƏ, AHÜ NALƏ (ID - 696)is. Fəryad, ağlama, ah-vay, ağlayıb-zarıma. Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. M.İbrahimov. O biri otaqda Səlimnaz arvadın ah-naləsi ucaldı. M.Hüseyn.
□ Ah-nalə... |
AHU (ID - 697)is. [fars.] 1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.
Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni... |
AHUBAXIŞLI (ID - 698)şair. b a x ahugözlü.
|
AH-UF (ID - 699)b a x ah-vay. Arvad o qədər ahuf elədi ki, az qaldı bağrı çatlasın. Ə.Vəliyev.
|
AHUGÖZLÜ (ID - 700)sif. şair. İri və gözəl gözləri olan (qadın, qız haqqında). Apardı ağlımı bir ahugözlü; Bir bənövşə boylu, bir laləüzlü. M.V.Vidadi. O ahugözlü, deyirlər, bu gün şikarə gedib; Alıbdı səbrü qərarımı aşikarə gedib....
|
Bu səhifə dəfə baxılıb