.....i_l_by_id_with_comments AHIL sözünün izahı / AHIL sözünün mənası

İzahlı lüğət

AHIL

sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. Ahıl kişi. Ahıl arvad. - Neçə nəfər ahıl və cavan qadınlar arxalarında səhəngləri gəlib səhnədən keçmək istəyirlər. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Necə bilirsən, kərbəlayı, Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə? N.Vəzirov.
// İs. mənasında. Eşitdim ahılların şirin zümzüməsini; Dinlədim lay-lay deyən anaların səsini. Ə.Cəmil. Yorulmuş gəncləri evdə çörək yeyib qayıdan ahıllar əvəz edirdilər. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....