
AHƏNRÜBAis. [fars.] bax maqnit. Ahənrüba - yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Məmmədquluzadə. Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zərdabi.
// məc. Cəzbedici qüvvə, cazibə. Onda sanki ahənrüba var idi. - Könül qərq oldu əşki-alə, lakin tazə can tapdı; Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz. S.Ə.Şirvani. Bu sözlər elə bil hamını ahənrüba kimi özünə çəkdi. S.Rəhman. Paylaşın - Hamı bilsin
|