AKTİVLƏŞDİRMƏK (ID - 851)f Fəallaşdırmaq, fəaliyyətini artırmaq (gücləndirmək).
|
AKTİVLƏŞMƏ (ID - 852)“Aktivləşmək”dən f.is.
|
AKTİVLƏŞMƏK (ID - 853)f Fəallaşmaq. [Məcid] belə bir mətbəx qadınının birdən-birə Səriyyə kimi aktivləşə biləcəyini bilmirdi. Mir Cəlal.
|
AKTİVLİK (ID - 854)is. Fəallıq, fəaliyyət, çalışqanlıq. Aktivlik göstərmək. İntibah siyasi aktivliklə, ədəbiyyat və xalq sənətinə dönüşlə başlayır.
|
AKTRISA (ID - 855)[fr.] Teatr tamaşalarında rol ifadə edən qadın artist. Mayın doqquzunda böyük dram teatrında tamaşa bitdikdən sonra aktyor və aktrisalar qabağımıza çıxıb, bizi teatrın qonaq odasına dəvət etdilər. C.Cabbarlı.
|
AKTUAL (ID - 856)sif. [lat.] Hal-hazır üçün ən mühüm, ən vacib olan; yetişmiş, həllini tələb edən. Aktual məsələ. Aktual mövzu.
|
AKTUALLIQ (ID - 857)is. Hal-hazır üçün mühümlük, vaciblik. Məsələnin aktuallığı.
|
AKTYOR (ID - 858)[fr.] Teatr tamaşalarında rolları ifa edən sənətkar; artist. Maskalar geymiş aktyorlar .. oyun çıxarıb adamları güldürürdülər. S.S.Axundov. [Həyat:] Sən temperamentli aktyorlar kimi lap özündən çıxdın ki! M.İbrahimov. Azərbaycan...
|
AKTYORLUQ (ID - 859)is. Aktyorun, artistin sənəti, peşəsi. Aktyorluq etmək. - Bu adamın [Vəlinin] çox böyük aktyorluq, rejissorluq, təşkilatçılıq istedadı vardı. S.Rəhimov.
|
AKULƏ (ID - 860)is. [fars.] İri dənəli düyü növü.
|
AKUSTİK (ID - 861)sif Akustikaya aid olan. Akustik cihazlar. Akustik titrəyiş.
|
AKUSTİKA (ID - 862)[yun.] 1. Fizikanın səs bəhsi.
2. Binanın (məs.: teatr, kino salonunun və s.-nin) daxilində səsi əksetdirmə qabiliyyəti. // Bina içərisində musiqinin, nitqin və s. səsinin eşidilmə dərəcəsi. |
AKUŞKA (ID - 863) |
AKVAREL (ID - 864)is. [fr.] rəss. 1. Su ilə qarışdırılmış rəng.
2. Bu rənglərlə işlənmiş rəssamlıq əsəri. Rəssamın “Məcnun səhrada ” adlı qara akvarelində, çöllərdə sərgərdan gəzən Məcnunun arıq bədənini yalnız iki heyvan -... |
AKVARELÇİ (ID - 865)is. Sulu boya ilə şəkil çəkən rəssam.
|
AKVARİUM (ID - 866)is. [lat.] 1. Su heyvanlarını və bitkilərini saxlamaq və çoxaltmaq üçün şüşə qab.
2. Tədqiqat və ya nümayiş etdirmək üçün su heyvanları və bitkiləri saxlanan müəssisə. |
AQ (ID - 867)[ər.] b a x ag4#.
|
AQAVA (ID - 868)is. [yun.] bot. Qısa gövdəli bitki cinsi.
|
AQİBƏT (ID - 869)is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov.
// Ara söz mənasında. Ey... |
AQİBƏTLİ (ID - 870)sif. Müvəffəqiyyətlə nəticələnən, axırı yaxşı olan, uğurlu.
|
AQİBƏTSİZ (ID - 871)sif. Axırı pis olan, sonu müvəffəqiyyətsiz, nəticəsiz. Aqibətsiz iş.
|
AQİBƏTSİZLİK (ID - 872)is. Heç bir şeylə nəticələnməmə; müvəffəqiyyətsizlik, nəticəsizlik.
|
AQİL (ID - 873)sif. [ər.] Ağıllı, müdrik, tədbirli. Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni; Xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Yusif şah aqil adam idi. M.F.Axundzadə. İki aqil kəs eyləməz dəva; Eyləməz bir-birinə büğz...
|
AQİLANƏ (ID - 874)sif. və zərf [ər. aqil və fars. ...anə] köhn. Ağıllı, ağıla müvafiq, ağıllı adama layiq. Aqilanə hərəkət. Aqilanə söz. - [Şah:] Çox aqilanə iş görür, həm öz canını qurtarır, həm camaatın canını. Ə.Haqverdiyev.
|
AQNOSTİK (ID - 875)[yun.] fəls. Aqnostisizm tərəfdarı.
|
AQNOSTİSIZM (ID - 876)[yun.] fəls. Dünyanı dərk etməyin mümkün olmadığını, insan ağlının məhdud olub, duyğular xaricində heç bir şeyi dərk edə bilmədiyini iddia edən fəlsəfi nəzəriyyə.
|
AQRAR (ID - 877)sif. [lat.] 1. Torpağa aid olan. Aqrar məsələ. Aqrar islahatı.
2. Kənd təsərrüfatını sənayedən yüksək olması ilə səciyyələnən. Aqrar ölkə. |
AQRARİ (ID - 878)[lat.] 1. İri torpaq sahibi, mülkədar.
2. Cəm şəklində: AQRARİLƏR - xarici ölkələrdə iri zadəgan, qolçomaq, torpaq mülkiyyətini müdafiə edən bir sıra partiyaların üzvlərinə verilən ad. |
AQREQAT1 (ID - 879)[lat.] tex. Ümumi bir işi görmək üçün bir-birinə birləşdirilmiş bir neçə müxtəlif tipli maşından, qurğudan ibarət mürəkkəb maşın. Əlibala Bəşirlinin aqreqat və maşın hissələri ilə necə rəftar etdiyini görüncə Muradın...
|
AQREQAT2 (ID - 880)is. [lat.] Maddənin üç halının bərk, duru və qaz hallarının ümumi adı.
|
AQREQATÇI (ID - 881)is. xüs. Aqreqatda işləyən, aqreqatı idarə edən fəhlə.
aqro... [yun.] Mürəkkəb sözlərdə: sözün əkinçiliyə, torpağa aid olduğunu göstərən ixtisar, məs.: aqrotexnik, aqrominimum və s. |
AQROBİOLOGİYA (ID - 882)[yun.] Əkinçiliyə, bitkiçiliyə və heyvandarlığa təsir edən ümumi bioloji qanunauyğunluqlar haqqında elm. Aqrobiologiya elmi.
|
AQROBİOLOJİ (ID - 883)sif. Aqrobiologiyaya aid olan.
|
AQROKİMYA (ID - 884)is. [yun. aqro və ər. kimya] Bitkilərin qidalanmasından, gübrələr tətbiqindən və bitkilərin kimyəvi yollarla qorunma üsullarından bəhs edən elm.
|
AQROKİMYƏVİ (ID - 885)sif. Aqrokimyaya aid olan.
|
AQROMƏNTƏQƏ (ID - 886)is. [yun. aqro və ər. məntəqə] k.t. Aqronomluq məntəqəsi. Lətif Cəmilə deyirdi: - Məktəb yerini şumlayın, aqroməntəqəni təmizləyin, arxları təmizləyin. Mir Cəlal. ^
|
AQROMİNİMUM (ID - 887)[yun. aqro və lat. minimum] Kənd təsərrüfatı sahəsində ən zəruri tədbirlərin və biliklərin məcmusu. Aqrominimumun əsas məsələlərindən biri ziyanverici həşərat və alaq otları ilə mübarizədir.
|
AQRONOM (ID - 888)[yun.] Kənd təsərrüfatı (aqronomiya) mütəxəssisi.
|
AQRONOMİK (ID - 889)sif. Aqronomiyaya aid olan. Aqronomik üsullar. Aqronomik tədbirlər.
Qorxmazın aqronomik qaydalarını Abbas kişi sadə sözlərlə izah edirdi. Ə.Vəliyev. |
AQRONOMİYA (ID - 890)[yun.] Kənd təsərrüfatı və əkinçilik haqqında elm.
|
AQRONOMLUQ (ID - 891)1. is. Aqronom sənəti, aqronomun işi. Aqronomluq maraqlı işdir.
Kosaoğlu çox danışdı. Axırda təklif etdi ki, İmranı aqronomluqdan çıxartmaq lazımdır. İ.Şıxlı. Əmirxanı qayəsizlik yerdən qopardı; Aqronomluq sənətinə getmədi... |
AQROŞƏHƏR (ID - 892)is. [yun. aqro və fars. şəhr] Sovet dövründə kolxozçuların yaratdığı şəhər tipli qəsəbə.
|
AQROTEXNİKA (ID - 893)[yun.] Kənd təsərrüfatı bitkilərini becərmə üsulları. Yüksək aqrotexnika bol məhsul götürmənin rəhnidir.
|
AQROTEXNİKI (ID - 894)sif. Aqrotexnikaya aid olan. Məhsuldarlığı artırmaq üçün aqrotexniki biliyi artırmaq tələb olunur. - [Əsədov:] ..Allahın beş traktorunu ala bilmir, yeni üsuldan, aqrotexniki qaydada becərmədən danışır. İ.Şıxlı.
|
AL1 (ID - 895)1. sif. Qırmızı. Al bayraq. Al qan. Al şəfəq. - Al yanaqların sanasan ki, qızılgül xərməni; Tər zənəxdaninə baxdıqca cünun eylər məni. M.P.Vaqif. Sənə al don yaraşır, niyə qarə geymisən sən; Məgər aşiqin ölübdür, sənə...
|
AL2 (ID - 896)is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni...
|
AL3 (ID - 897)is. Xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən “al anası” şəklində işlənir). Ata, ata, süpürgəsaqqal gəlir; Ərdo Məlik gəlir, odur...
|
ALA1 (ID - 898)1. sif. Qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri hissəsi başqa rəngdə olan. Ala at. Ala inək. Ala öküz. - Bu gün onlar xaldar yabıya və ala cöngəyə dərz çatıb daşıyırdılar. S.Rəhimov.
// Ala-bula. İlan vuran ala... |
ALA2 (ID - 899)is. dan. Qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə (dəri xəstəliyi).
// Xal, ləkə. □ Ala düşmək - xal düşmək, ağ ləkə düşmək. |
ALA3 (ID - 900)is. məh. 1. B a x alaq.
2. Yeməli göyərti. ala... Bir sıra mürəkkəb sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçılıq, qeyri-müəyyənlik,... |
Bu səhifə dəfə baxılıb