AL2is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin. Füzuli.
□□ Al dil - hiylə, məkr, aldatma, yalan. [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı; Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal. Al dilə tutmaq - aldatmaq, tovlamaq, hiylə işlətmək. [Ələmdar:] ..Bəy məni al dilə tutub bu dörd divarın arasına gətirib.. S.Rəhimov. Ala düşmək şərə düşmək, kələyə düşmək, tora düşmək. Paylaşın - Hamı bilsin
|