İzahlı lüğət

ALA1

1. sif. Qarışıq rəngli, tükünün bir hissəsi ağ, o biri hissəsi başqa rəngdə olan. Ala at. Ala inək. Ala öküz. - Bu gün onlar xaldar yabıya və ala cöngəyə dərz çatıb daşıyırdılar. S.Rəhimov.
// Ala-bula. İlan vuran ala çatıdan qorxar. (Ata. sözü)
Ala gözlər - şəhla gözlər, açıq-mavi gözlər. Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Of! Məni titrətdi sənin gözlərin; Göz yaşı görməsin ala gözlərin. S.Vurğun. [Məryəmin] də gözləri iridir, bunun da; onun da gözləri aladır. B.Talıblı.
2. is. Taxıl zəmisi və ya şum suvarıldıqda, su basmayıb quru qalan yer, ləkə; alaca.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed