İzahlı lüğət

avto... (ID - 2201)

[yun.] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, aşağıdakı mənaları ifadə edir: a) avtomobil sözünün ixtisarı, məs.: avtomaşın; b) avtomatik sözünün ixtisarı; özü işləyən, özü hərəkət edən, məs.: avtoxizək; c)...

AVTOBİOQRAFIK (ID - 2202)

sif. Bir şəxsin öz həyatına, tərcümeyi-halına aid olan. Avtobioqrafik əsər.

AVTOBİOQRAFİYA (ID - 2203)

[yun.] Bir şəxsin özü tərəfindən yazılmış tərcümeyi-halı.

AVTOBUS (ID - 2204)

[alm.] Çoxyerli minik avtomobili. Avtobus saf havaları yara-yara meşələrə bürünmüş böyük dərələri dolandıraraq, bizi öz yerimizə gətirdi. M.Hüseyn.

AVTODÜKAN (ID - 2205)

is. [yun. avto və dükan] Avtomobildə düzəldilmiş səyyar dükan. Həftəbaşı Xınalığa gələn avtodükan yeniyeni mallar gətirir. R.Rza.

AVTOGEN (ID - 2206)

[yun.]: avtogen qaynaq tex. iki metal parçasını çox yüksək qaz hərarəti təsiri ilə əridib bir-birinə yapışdırma üsulu.

AVTOGENÇİ (ID - 2207)

is. xüs. Metalları avtogen üsulu ilə işləyən fəhlə.

AVTOXİZƏK (ID - 2208)

is. [yun. avto və xizək] Qarüstündə hərəkət edən, qabaq təkərlərinin altında xizəkləri olan xüsusi quruluşlu avtomobil.

AVTOQƏLƏM (ID - 2209)

is. [yun. avto və qələm] Mürəkkəbi avtomatik surətdə peroya axan qələm.

AVTOQRAF (ID - 2210)

[yun.] 1. Bir müəllifin özü tərəfindən yazılmış əlyazması. Görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır.
Bir şəxsin öz xətti ilə imzası, xatirə qeydi. Avtoqraf vermək.
tex. Surətçıxaran cihaz...

AVTOQRAFİYA (ID - 2211)

[yun.] 1. Bir xəttin, rəsmin, cizginin eyni ilə çıxarılmış surəti.
xüs. Litoqrafiyada çap olunacaq orijinalı hazırlama üsullarından biri.

AVTOL (ID - 2212)

[lat.] kim. tex. Avtomobillər, traktorlar və bir sıra başqa maşmlar üçün neftdən hazırlanan sürtkü yağı.

AVTOMAŞIN (ID - 2213)

[yun. avto və fr. maşın] Avtomobil. Yollarda və küçələrdə avtomaşınların səsi aramsız surətdə eşidilməkdədir. - İyulun birinci yarısında məclis iclas etdiyi zaman bir avtomaşın .. siqnal verməyə başlayır. M.İbrahimov.

AVTOMAT (ID - 2214)

[yun.] 1. sif. Daxilindəki mexanizm vasitəsilə öz-özünə hərəkət edən, öz-özünə işləyən; avtomatik. Avtomat tormoz. Avtomat telefon. Avtomat silah. - Məmmədrza avtomat tüfəngini dilləndirən kimi pulemyotlar susdu. Mir Cəlal. Toxuculuq...

AVTOMATÇI (ID - 2215)

is. 1. Avtomatla silahlanmış əsgər və s. Avtomatçı dəstəsi. - Nərimanı bir avtomatçının qabağına qatdılar. Mir Cəlal.
2. xüs. Avtomat dəzgahında və s.-də işləyən fəhlə.

AVTOMATIK (ID - 2216)

AVTOMATİKA (ID - 2217)

[yun.] İnsanı bilavasitə istehsal prosesində iştirakdan azad etmək üçün tətbiq edilən texniki vasitələrin və üsulların məcmusu. Elm kimi avtomatika avtomatik tənzimləmə nəzəriyyəsi əsasında yaranmışdır.

AVTOMATİKLİK (ID - 2218)

is. Hərəkətin qeyriiradiliyi, orqanizmin iradə və şüurun iştirakı olmadan hərəkət etməsi xassəsi. Tamamilə aydındır ki, heyvanlarda, hətta daha artıq inkişaf etmiş heyvanlarda belə yalnız hərəkətlərin avtomatikliyi mövcuddur....

AVTOMATİZM (ID - 2219)

[yun.] b a x avtomatiklik.

AVTOMATLAŞDIRILMA (ID - 2220)

“Avtomatlaşdırılmaq”dan f.is. İdarəetmə işlərinin avtomatlaşdırılması. Fabrikdə bir sıra istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması nəzərdə tutulmuşdur.

AVTOMATLAŞDIRILMAQ (ID - 2221)

məch. Avtomatlar tətbiq edilmək. Universal rentgen ekranlarının işləməsi avtomatlaşdırılmışdır.

AVTOMATLAŞDIRILMIŞ (ID - 2222)

“Avtomatlaşdırılmaq”dan f.sif. Avtomatlaşdırılmış zavodda beton hazırlanacaq, hazır beton isə konveyerlərlə tikinti sahəsinə veriləcəkdir.

AVTOMATLAŞDIRMA (ID - 2223)

“Avtomatlaşdırmaq”dan f.is. Tamaşaçılar filmlər nümayiş etdirilməzdən əvvəl, avtomatlaşdırma sahəsində çalışan mütəxəssislərin mühazirələrini dinləyirlər. (Qəzetlərdən).

AVTOMATLAŞDIRMAQ (ID - 2224)

f. 1. İstehsal prosesində avtomatlar tətbiq etmək. Bu proses .. istehsalatı mexanikləşdirmək və avtomatlaşdırmaq yolu ilə həyata keçirilir. (Qəzetlərdən).
2. İnsanın hərəkətlərini şüurilikdən çıxarıb qeyri-şüuri hərəkətə...

AVTOMOBİL (ID - 2225)

[lat.] Torpaq, asvalt və daş yollarda adam və yük daşıyan motorlu nəqliyyat vasitəsi. Yük avtomobili. Minik avtomobili. Avtomobil nəqliyyatı. Sükan avtomobilin hərəkətinə istiqamət verir.

AVTOMOBİLÇİ (ID - 2226)

is. 1. Avtomobil işi mütəxəssisi.
2. Avtomobil idmanı ilə məşğul olan adam. Avtomobilçilərin yarışı.

AVTOMÜFƏTTİŞ (ID - 2227)

[yun. avto və ər. müfəttiş] Avtomobil nəqliyyatı hərəkətinə və işinə nəzarət edən şəxs. Avtomüfəttiş Tahirin qabağını kəsdi. M.Hüseyn.

AVTOPORTRET (ID - 2228)

[yun. avto və /r. portret] Rəssamın özü tərəfindən çəkilmiş şəkli. Avtoportretin ən mükəmməl nümunələrini Rembrandt yaratmışdır.

AVTOREFERAT (ID - 2229)

[yun. avto və lat. refero] Bir elmi əsərin müəllifin özü tərəfindən yazılmış xülasəsi. Doktorluq dissertasiyasının avtore/eratı.

AVTORİTET (ID - 2230)

[alm.] 1. Nüfuz, etibar, səlahiyyət. Avtoritet qazanmaq. Avtoritetdən düşmək.
2. Nüfuzlu adam. Kimya sahəsində böyük avtoritet. - Qəbiristanda qulyabanı olmaz, xortdandır, - deyə başqa bir uşaq da söhbətə girişərək, bilən adamlar...

AVTORİTETLİ (ID - 2231)

sif Nüfuzlu, səlahiyyətli, kütlə içərisində nüfuzu, etibarı, hörməti olan; sözükeçən. Avtoritetli müdir.

AVTORİTETSİZ (ID - 2232)

sif. Nüfuzsuz, etibarsız, kütlə içərisində hörməti, etimadı olmayan.

AVTORİTETSİZLİK (ID - 2233)

is. Nüfuzsuzluq, etibarsızlıq, kütlə içərisində hörməti, etimadı olmama.

AVTOSİSTERN (ID - 2234)

[yun. avto və lat. sistern] Mayeləri daşımaq üçün sistemi olan xüsusi qurğulu avtomobil. Neft məhsulları, süd, pivə, maye qaz, kimyəvi aktiv maddələr, sement və undaşıyan avtosistern var.

AVTOVAĞZAL (ID - 2235)

is. Şəhərlərarası və şəhərətrafı avtobus marşrutları səmişinlərinə xidmət göstərmək üçün şəhərlərdə yaradılan tikililər kompleksi.

AY1 (ID - 2236)

is. 1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi. Ay işığı. Ayın batması. - ..Ay buludlar arasından siyrilib çıxdı. M.Hüseyn.
...

AY2 (ID - 2237)

nida. 1. Çağırış, müraciət, haylama, haraylama nidası. Ay camaat! - Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmayın\ M.F.Axundzadə. [Kərbəlayı Fatma:] Ay hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətulla dirilib gəlir? C.Məmmədquluzadə....

AY3 (ID - 2238)

is. astr. İlin on iki hissəsindən biri. 8-i 31, 4-ü 30, 1-i 28 (hər dörd ildən bir 29) gündən ibarətdir.

AYA (ID - 2239)

əd. Sual və təəccüb ilə bərabər təmənna və ümid bildirir; görəsən. Aya bu işdən bir şey çıxacaq? Aya bir az tez gələ bilməzdin? - Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. [Nuxalılar:] Aya biz...

AYA (ID - 2240)

is. 1. Barmaqlar daxil olmadan əlin içi, açıq yeri.
2. Yarpağın üzü. [Gülxətminin] yarpaqları dar xaçvaridir, aya və qın hissəsi də tüklərlə örtülüdür. H.Qədirov.

AYAĞIAĞIR (ID - 2241)

b a x agırayaq.

AYAĞIPƏRDƏLİ (ID - 2242)

sif. zool. Suda üzmək üçün barmaqlarının arası bir-birinə dəri pərdə ilə bitişik olan. Ayağıpərdəli quşlar (qaz, ördək, anqut və s.).

AYAĞISÜRÜŞKƏN (ID - 2243)

sif. dan. Əxlaqı yüngül, pozğun (qadın haqqında).

AYAĞIYÜNGÜL (ID - 2244)

bax ayağı yüngül

AYAĞIYÜNGÜLLÜK (ID - 2245)

is. Xoşqədəmlik.

AYAQ1 (ID - 2246)

is. 1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları. - Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nərimanov....

AYAQ2 (ID - 2247)

is. klas. Qədəh, piyalə. Meygərçi səfa verər damağə; Axdığı üçün düşər ayağə. Füzuli. Ta girib meyxanə içrə başıma çəkdim ayaq. S.Ə.Şirvani.

AYAQAÇDI, AYAQAÇMA (ID - 2248)

is. etnoqr. Qızın toydan sonra atası evinə birinci dəfə gəlməsi adəti. Məşədi öz qızını və kürəkənini .. axşam çörəyinə ayaqaçmaya çağırmışdı. Ə.Haqverdiyev.

AYAQALTI (ID - 2249)

is. 1. Ayaq altına salınan, yaxud ayaq silmək üçün qapının ağzında, girəcəyində salınan xalça, balaca palaz, həsir, əsgi və s.
// Dar, uzun xalça. Ayaqaltı salınmış pilləkən.
Daim tapdalanan, daim hamının basıb keçdiyi...

AYAQ-AYAĞA (ID - 2250)

zərf 1. Bir vaxtda, birdən, o biriləri ilə bir vaxtda ayağını qoyub götürərək; bərabər, birlikdə. Uşaqlar ayaqayağa yeriyirlər.
2. məc. Öz hərəkət və görüşünü uzlaşdıraraq, uyğunlaşdıraraq. Zəmanə ilə ayaqayağa...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed