.....i_l_by_id_with_comments AVTOMAT sözünün izahı / AVTOMAT sözünün mənası

İzahlı lüğət

AVTOMAT

[yun.] 1. sif. Daxilindəki mexanizm vasitəsilə öz-özünə hərəkət edən, öz-özünə işləyən; avtomatik. Avtomat tormoz. Avtomat telefon. Avtomat silah. - Məmmədrza avtomat tüfəngini dilləndirən kimi pulemyotlar susdu. Mir Cəlal. Toxuculuq kombinatında köhnəlmiş toxucu dəzgahlarının avtomat dəzgahlarla dəyişdirilməsi işi başa çatdırılmışdır.
is. Avtomatik işləyən mexanizm, maşın və s. 1926-cı ildə mühəndis Skvorsovun qazma avtomatı tətbiq edilir. Avtomat o zaman qazılan quyuların əyilməsi ilə mübarizə üçün gözəl bir vasitə idi. Quliyev.
is. Daxilindəki mexanizm vasitəsilə durmadan güllə atan tüfəng. Pulemyot və avtomat atəşləri isə şiddətindən qalmırdı. Mir Cəlal. Soldat nə isə qışqıraraq avtomatını qaldırdı, onun [Ulduzun] sinəsindən vurub geri itələdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AT1

AY2

AYI

......
....