
AYAəd. Sual və təəccüb ilə bərabər təmənna və ümid bildirir; görəsən. Aya bu işdən bir şey çıxacaq? Aya bir az tez gələ bilməzdin? - Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. [Nuxalılar:] Aya biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi? M.F.Axundzadə. Hamı məəttəl qalıb, aya bu qədər yandüdüyünü haradan yığmaq mümkündür və aya görəsən qoşuna bu qədər yandüdüyü nə lazımdır? C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|