İzahlı lüğət

AÇIQRƏNGLİ (ID - 201)

b a x açıq 7-ci mənada. Açıqrəngli paltar. Açıqrəngli boya. Açıqrəngli mürəkkəb. Açıqrəngli çit.

AÇIQ-SAÇIQ (ID - 202)

sif və zərf 1. Pərişan, nizamsız, dağınıq.
Açıq, ədəb xaricində, hər şeyi olduğu kimi, öz adı ilə. Açıq-saçıq danışmaq.

AÇIQÜRƏKLİ (ID - 203)

sif Səmimi, öz fikrini ürəyində gizlətməyən, ürəyiaçıq. Açıqürəkli adam.

AÇIQÜRƏKLİLİK (ID - 204)

mücər. Açıqürəkli adamın xassəsi; səmimiyyət, ürəyiaçıqlıq.

AÇILACAQ (ID - 205)

is. 1. Ev qapısının içəriyə tərəf açılan yeri. Düyümün və ya bağlı bir şeyin açılma yeri.
məc. Bir məsələnin, müəmmanın həlli, açarı.

AÇILAN (ID - 206)

is. məh. Atəş açan silah, odlu silah (tüfəng, tapança). [Heydər] də neçə gündür ki yoxdur, xəbər gəzir ki, o, açılan axtarır. S.Rəhimov.
...açılan Saylara qoşularaq, tüfəng, tapança növlərini bildirir; məs.: beşaçılan,...

AÇILIŞ (ID - 207)

is. Açılmaq işi, açılma vaxtı; başlanış. İclasın açılışı. Sərginin açılışı.

AÇILIŞMA (ID - 208)

“Açılışmaq”dan fis.

AÇILIŞMAQ (ID - 209)

f 1. qarş. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isinişmək, yaxınlaşmaq. [Əhməd:] Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu. T.Ş.Simurq.
Daha utanmamaq, sıxılmamaq,...

AÇILMA (ID - 210)

“Açılmaq”dan fis.

AÇILMAQ (ID - 211)

f 1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar...

AÇILMAZ (ID - 212)

sif. Açıla bilməyən.

AÇIM (ID - 213)

is. Açılma zamanı, açılma müddəti (pambığın və s. bitkilərin).

AÇIŞ (ID - 214)

is. Açma işi, açma tərzi.

AÇMA (ID - 215)

“Açmaq”dan f.is.

AÇMAQ (ID - 216)

f. 1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq. Qazanın ağzını açmaq. Qutunu açmaq. Sandığın qapağını açmaq.
// Örtülü bir şeyin örtüyünü qaldırmaq, götürmək, çılpaq etmək. Döşünü...

AÇUN (ID - 217)

is. qəd. Dünya, aləm, kainat. Yenə ölgün sükuta batdı açun; Qantəmir indi büsbütün məcnun. C.Cabbarlı.

AD (ID - 218)

is. 1. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək. - Sən öləsən, Xanmirzə bəyin adını verən kimi, qoçaqlar o saat qalxdılar. N.Vəzirov.
// Ləqəb, təxəllüs.
Şöhrət....

ADA (ID - 219)

is. coğr. Hər tərəfi su ilə əhatə olunmuş quru; cəzirə. Pirallahı adası. Kuril adaları. Yarımadalar və adalar Avropanın bütün sahəsinin üçdə bir hissəsini tutur.
// Təşbih, bənzətmə mənasında. Ürəyim dəryadır, könlüm...

ADAB (ID - 220)

is. [ər. “ədəb” söz. cəmi] köhn. Əxlaq qaydaları, ədəb qaydaları, cəmiyyətdə ünsiyyət qaydaları. Bilmək adabdır sənə vacib; Rəsmü adabə olgilən talib.S.Ə.Şirvani. [Mister Tomas] ..müsəlman ölkələrinin həyat və məişətini,...

ADACIQ (ID - 221)

kiç. Kiçik ada, kiçik cəzirə.

ADADOVŞANI (ID - 222)

is. zool. Əhli şəraitdə saxlanıb artırılan dovşan növü. Adadovşanı çox tez törəyib artan heyvandır.

ADAX (ID - 223)

is. Ad, nişan, deyik. Adax günü.

ADAXLAMA (ID - 224)

“Adaxlamaq”dan fis.

ADAXLAMAQ (ID - 225)

f. Nişanlamaq, ad etmək. Haman ili məni səkkiz yaşlı bir qızla adaxladılar. M.İbrahimov.

ADAXLANDIRMA (ID - 226)

b a x adaxlanma.

ADAXLANDIRMAQ (ID - 227)

b a x adaxlanmaq.

ADAXLANMA (ID - 228)

“Adaxlanmaq”dan fis.

ADAXLANMAQ (ID - 229)

f. Nişanlanmaq, nişan taxılmaq. Sevmək, adaxlanmaq, toy günləri, gəlin köçləri şirin bir xəyal kimi Məşuqənin gözləri qabağında açılıb vərəqlənir. S.Rəhimov. Bir tərəfdən oynaq qəlbi əsgərlik eşqində idi, o biri tərəfdən...

ADAXLI (ID - 230)

is. və sif. Nişanlı, deyikli; nişanlanmış, adaxlanmış. [Şəhrəbanı xanım:] Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlın gözünün qabağında. M.F.Axundzadə. Adaxlı gözlərini tərif edəndə, Səlimnaz arvadın təbi...

ADAXLIBAZLIQ (ID - 231)

is. dan. 1. Köhnə məişətdə: oğlanın gizli olaraq adaxlısı ilə görüşməsi. Padşahın oğlu bir-iki dəfə adaxlıbazlığa gəldisə, qız elə dediyini dedi:
Əlimə su tökməsən, on il də yaşasan, səmt sorağıma qoymaram. (Nağıl)....

ADAXLILIQ (ID - 232)

is. Adaxlı olma.

ADAJİO (ID - 233)

is. [ital.] mus. 1. Ağır tempdə çalmaq lazım gəldiyini göstərən musiqi termini. Ağır tempdə ifa edilən, adətən lirik xarakterli musiqi pyesi, yaxud bir musiqi əsərinin bu tempdə ifa edilən hissəsi.

ADAQ1 (ID - 234)

is. məh. Uşağın ilk addımı, ilk yerişi.
□ Adaq durmaq - ayaq üstə durmaq (uşaq haqqında). Adaq yerimək - təzəcə yeriməyə başlamaq.
adaq-adaq zərf dan. Yavaş-yavaş, addımaddım.

ADAQ2 (ID - 235)

b ax adax.
□ Adaq eləmək -b ax adaxlamaq.

ADAQLAMAQ (ID - 236)

b a x adaxlanma.

ADAQLANMAQ (ID - 237)

b a x adaxlanmaq.

ADAQLI (ID - 238)

b a x adaxlı. Ol sərvin ayağı bağlı oldu; Azadə ikən, adaqlı oldu. Füzuli.

ADAM (ID - 239)

is. [ər.] 1. Heyvandan fərqli olaraq danışmaq və düşünmək, ictimai əmək prosesində alət qayırmaq və ondan istifadə etmək qabiliyyətinə malik olan canlı məxluq; insan, bəşər. Sağlam adam. Bilikli adam.
Suyun lal axanı, adamın...

ADAM-ADAMYANA (ID - 240)

b a x adamyana.

ADAMAĞILLI (ID - 241)

sif. Lazımi şəkildə, əməllibaşlı, yararlı.

ADAMALDADAN (ID - 242)

sif və is. Yalançı, adamları aldatmaqla məşğul olan.

ADAMAOXŞAMAZ (ID - 243)

sif Çirkin, biçimsiz, eybəcər, bədləkər.
// Söyüş, təhqir mənasında. Ay adamaoxşamaz, bir üzünə baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana. M.Ə.Sabir.

ADAMAOXŞAMAZLIQ (ID - 244)

is. Çirkinlik, eybəcərlik, biçimsizlik, bədləkərlik.

ADAMAYOVUŞAN (ID - 245)

sif Adamlarla ünsiyyət bağlayan, xoşxasiyyət, istiqanlı, mehriban.

ADAMAYOVUŞMAZ (ID - 246)

sif Adamdan qaçan, cəmiyyətdən qaçan, ürkək; qaraqabaq, qanısoyuq, mızı.

ADAMAYOVUŞMAZLIQ (ID - 247)

is. Adamdan qaçmaq, cəmiyyətdən qaçmaq xasiyyəti; qaraqabaqlıq, qanısoyuqluq, mızılıq.

ADAMBAŞI(NA) (ID - 248)

zərf Hər bir adama, hər bir nəfərə, yaxud hər bir nəfərdən. Adambaşı 5 manat yığdıq. Adambaşı(na) neçə düşür?

ADAMBOYU (ID - 249)

sif Adam hündürlüyündə olan. Adamboyu qar yağmışdı. Küçələrdə adamboyu ağaclar əkilmişdir.

ADAMCASINA (ID - 250)

zərf İnsana yaraşan bir surətdə, insancasma, insan kimi, humanistcəsinə. Adamcasına hərəkət etmək. Adamcasına rəftar etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed