AÇMAQf. 1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq. Qazanın ağzını açmaq. Qutunu açmaq. Sandığın qapağını açmaq.
// Örtülü bir şeyin örtüyünü qaldırmaq, götürmək, çılpaq etmək. Döşünü açmaq. Başını açmaq. - Niqabın üzdən aç, ey gül, kim olsun dilguşa məcli S.S.Ə.Şirvani. Açıq hala gətirmək, qapının, pəncərənin taylarını aralamaq. Qapını açmaq. Pəncərəni açmaq. Pərdəni açmaq. Yol açmaq. // məc. Aradakı maneəni qaldırmaq. Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın. A.Səhhət. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narın tökülən yağışa yol açırdı. M.İbrahimov. Qatlanmış, bükülmüş, sarınmış, yığılmış, bürünmüş, düyünlənmiş şeyin qatlarını, büküyünü, qırışığını və s.-ni açmaq. Bayrağı açmaq. Boğçanı açmaq. Çətiri açmaq. Düyünü açmaq. Gəminin yelkənlərini açmaq. Palazı açmaq. İp və s. ilə bağlı olan şeyi bağdan azad etmək. Ayaqqabının qaytanını açmaq. Belini açmaq. Qayışı açmaq. Lenti açmaq. Tayları açmaq. - [Məstəli şah:] Xurcunu yerə qoy, ağzının bağını aç, .. taxta parçaları(ni) çıxart! M.F.Axundzadə. Qoşqudan azad etmək. Atları açmaq. Arabanı açmaq. Öküzləri kotandan açmaq. Qıfıl, kilid və s. ilə bağlanmış şeyi açıq hala gətirmək. Sandığı açmaq. Qıfılı açmaq.-[Oruc:] Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! M.F.Axundzadə. Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə. Örtülü, qapalı şeyi aralamaq. Ağzını açmaq. Gözlərini açmaq. Kitabı açmaq. -Ləbini açsa o gül məhfilə şəkkər tökülür. S.Ə.Şirvani. Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı. A.Səhhət. Axışı dayandırılmış şeyin axıb getməsinə imkan vermək, yol vermək, buraxmaq. Qazı açmaq. Suyu açmaq. Başlamaq, işə salmaq. İclası açmaq. Mübahisə açmaq. - Yenə bir neçə yerdən pulemyot atəşi açıb təkrar hücuma qalxışdılar. M.Hüseyn. Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı, danışdı. Mir Cəlal. O vaxt olub-keçəni gətirib bir-bir yada; Mən söhbət açacağam əsgərlikdən, davadan. Ə.Cəmil. Əsasmı qoymaq, təsis etmək, təşkil etmək. Məktəb açmaq. Klub açmaq. Yeni dəmiryol xətti açmaq. // Düzəltmək. Hər biri min günə iş icad edir; Məclis açıb, nitqlər irad edir. M.Ə.Sabir. Yaratmaq, vermək, vücuda gətirmək. Fəaliyyət üçün geniş meydan açmaq. Yeni tapılan neft yataqları bu yerlərin inkişafı üçün geniş imkanlar açır. İnanıb söyləmək, bildirmək, xəbər vermək, açıqcasına demək. Həqiqəti açmaq. Öz qəlbini açmaq. - ..Lakin Mirzə Süleyman bəy ürəyini açmayırdı. B.Talıblı. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, düyələrin əhvalatını da açmaq, .. onun azarını üzünə demək istəyirdi. S.Rəhimov. Yox... sənin səsində bir titrəyiş var; Gəl məndən gizlətmə, aç, söylə aşkar. S.Vurğun. // Gizli bir şeyi başqalarına bildirmək, faş etmək, demək, açıb söyləmək. Sirri açmaq. -[Teymur ağa:] Vallah, hər kəs mənim bura gəlməyimi açmış olsa, bu xəncəri dəstəsinədək ürəyindən çaxacağam. M.F.Axundzadə. Sirri-dəhəni-yarı könül, axtar özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani. [Südabənin] danışıq və rəftarında bir səmimiyyət duyan Firidun kasıb bir tələbə olduğunu açıb ona söylədi. M.İbrahimov. Üstünü açmaq, ifşa etmək, aşkara çıxarmaq, meydana çıxarmaq, araşdırıb tapmaq. Cinayəti açmaq. - [Ağa Mərdan:] Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz. Yoxsa işin üstünü açar... M.F.Axundzadə. Çiçəklənmək, güllənmək, yarpaqlanmaq. Ağaclar gül açmışdı. Çöllərdə lalələr açmışdır. - [Südabənin anası:] Yəqin indi oralarda badam güllənir, hə?.. Bir azdan sonra ərik də, alma da gül açar. M.İbrahimov. məc. dan. Xoşuna getmək, ürəyinə yatmaq, işinə yaramaq, sevindirmək. Nə də ki, o durna gözlərin sənin; Artıq güldürməyir, açmayır məni. S.Vurğun. Xüsusən təyyarə meydançası haqqındakı məlumat məni açdı. M.Hüseyn. Deşmək, dəlmək, qazımaq (bir yeri, bir şeyi və s.). Dəlik açmaq. Qapı açmaq. Yerin altından yol açmaq. Tunel açmaq. Lağım açmaq. Divardan pəncərə açmaq. Genişlətmək, vüsətləndirmək; uzatmaq, böyütmək, genəltmək. Otağın arasını açmaq. Paltarın ətəyini açmaq. Paltonun dalını bir qədər açmaq lazımdır. Cilalandırmaq, pardaqlamaq, sürtüb ağartmaq, parıldatmaq, işıldatmaq, təmizləmək. Bıçaqları qumla sürtüb açmaq. Pəncərələrin şüşəsini silib açmaq. Həll etmək, yoluna salmaq, tədbir görmək. Vidadi! Darıxma, bizdə məsəl var; Bir yandan bağlayan, bir yandan açar. S.Vurğun. [Molla Qafar:] Bilirsən, həmşirə,- dedi, - bu bədəməl şəriətə sığmır, heç bilmirəm ki, bu müşkülatı nə günə açım? S.Rəhimov. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürək açmaq, könül açmaq, ağız açmaq, göz açmaq, fal açmaq. □□ Açıb ağartmaq - b a x ağartmaq 5-ci mənada. Ülfət oğlunun bir qız ilə gəzdiyini bilirdisə də, açıb ağartmırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|