İzahlı lüğət

ADAM

is. [ər.] 1. Heyvandan fərqli olaraq danışmaq və düşünmək, ictimai əmək prosesində alət qayırmaq və ondan istifadə etmək qabiliyyətinə malik olan canlı məxluq; insan, bəşər. Sağlam adam. Bilikli adam.
Suyun lal axanı, adamın yerə baxanı. (Ata. sözü). Nə gözəl adamsan, ey qaşları yay; Heç növcavan gələ bilməz sənə tay. M.P.Vaqif.
// Hər hansı bir ictimai mühiti təşkil edən fərdlərdən hər biri (çox vaxt cəm şəklində işlənir). Adamların mənəvi-siyasi birliyi. Bizim kəndin adamları. Sadə adamlar.
məc. dan. Əxlaqlı, insaniyyətli, qanacaqlı insan. [İskəndər:] Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: - Bala, adam ol. C.Məmmədquluzadə.
Bəzən əvəzlik yerində işlənir. Adamı təhqir etmək olmaz. Adam heç bir vaxt özünü ləkələndirməməlidir. Adam gəlmişdi, sizi xəbər alırdı. Adama heç yazığın gəlmir. - [Usta Ramazan:] Adamın üzündə gərək həya olsun, söz deyiləndə utansın. M.Hüseyn. [Nəriman:] Ağacların başını axtardıq, zirzəmilərə adam saldıq. Mir Cəlal.
// Qeyri-müəyyən şəxs. Adamlar deyirlər ki, bu yay çox isti olacaq.
Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə.
dan. Kişi, ər, ya arvad, yaxud bir-biri ilə gəzən oğlan, ya qız. [Soltan bəy:] Kimsən, nəçisən, kimin adamısan? Ü.Hacıbəyov.
məc. İşçi, fəhlə, kadr mənasında. İşi başa çatdırmaq üçün üç adam lazımdır. Adam yoxdur, iş getmir. - Katib sanki tikintidə bu cür yaxşı adamların yetişməsindən qəlbində doğan sevinci saxlaya bilməyərək əlavə etdi.. Ə.Sadıq.
Köməkçi. Bu halda qışqırıq qopur. Murov və naçalnik adamları ilə alaçığı çevirirlər. M.F.Axundzadə. ..Sərdar Rəşidin adamları Ərdəbil tərəflərini soyub talayırdılar. M.S.Ordubadi.
// məc. dan. Arxa, havadar, tərəfdar, kömək, himayəçi, qohumqardaş. Mənim orada adamım yoxdur.
[Qulluqçular] İzzətin adamı gəlmədiyini görüb onu ötürərdilər. Mir Cəlal.
məc. vulq. Oynaş, aşna.
□□ Adam eləmək - tərbiyə vermək, yetişdirmək, ortalığa çıxarmaq. Adam görmək
bir işi düzəltmək üçün vasitəçi tapmaq, lazımi şəxsləri görüb xahiş etmək, sözləşmək. Adam kimi - əxlaq və tərbiyə üzrə, adamcasına, insancasına. [Həsən:] Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, cığcığa əsginas vermişəm. Ə.Haqverdiyev. Adam olmaq - 1) ağıllı və tərbiyəli olmaq, düzəlmək, ağıllanmaq. Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu. İ.Məlikzadə;
bir peşə, iş sahibi olmaq, ortaya çıxmaq. [Əli bəy:] A kişi, heç kəsin sözünə qulaq asma. İstəyirsənsə oğlun adam olsun, şkolaya qoy. S.S.Axundov. [Həbib bəy Ərəblinskiyə:] Yaxşı oxu, adam ol, bizim də üzümüz ağ olsun, ananın da. S.Rəhman. Adam saymaq - birisi ilə hesablaşmaq, hörmət etmək. Adam yerinə qoymamaq, adam yerində tutmamaq - saymamaq, hesablaşmamaq, hörmət etməmək. Aralıq adamı - vasitəçi, aradüzəldən; 2) xəbərçi, xəbər aparıb-gətirən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ALU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed