İzahlı lüğət

ADAXLIBAZLIQ

is. dan. 1. Köhnə məişətdə: oğlanın gizli olaraq adaxlısı ilə görüşməsi. Padşahın oğlu bir-iki dəfə adaxlıbazlığa gəldisə, qız elə dediyini dedi:
Əlimə su tökməsən, on il də yaşasan, səmt sorağıma qoymaram. (Nağıl). [Məşədi İbad:] Mən istədim ki, adaxlıbazlığa gecə gəlim, halbuki gündüz də bu hasardan aşmaq çətindir. Ü.Hacıbəyov. Azərbaycanda evlənmək adətlərində belə bir dəb var idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxlıbazlığa gedərdi. H.Sarabski.
2. Qadınlarla xəlvəti görüşmə; müaşiqə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed