.....i_l_by_id_with_comments ADAB sözünün izahı / ADAB sözünün mənası

İzahlı lüğət

ADAB

is. [ər. “ədəb” söz. cəmi] köhn. Əxlaq qaydaları, ədəb qaydaları, cəmiyyətdə ünsiyyət qaydaları. Bilmək adabdır sənə vacib; Rəsmü adabə olgilən talib.S.Ə.Şirvani. [Mister Tomas] ..müsəlman ölkələrinin həyat və məişətini, adab və ənənələrini .. uzun mütaliə və müşahidələr nəticəsində öyrənə bilmişdi. M.İbrahimov.
// Dəb, üsul, qayda. [Mirzə:] Burada lazım olan adabı yazmışam. Ə.Haqverdiyev. Aralığa İran adabı üzrə çay deyil, balaca zərli qrafinlərdə konyak və şirniyyat gətirdilər. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....