
ADAXLANMAQf. Nişanlanmaq, nişan taxılmaq. Sevmək, adaxlanmaq, toy günləri, gəlin köçləri şirin bir xəyal kimi Məşuqənin gözləri qabağında açılıb vərəqlənir. S.Rəhimov. Bir tərəfdən oynaq qəlbi əsgərlik eşqində idi, o biri tərəfdən də iki ildir adaxlandığı Durna onun [Xasayın] yadından çıxmır.. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|