AÇILIŞMAQf 1. qarş. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isinişmək, yaxınlaşmaq. [Əhməd:] Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu. T.Ş.Simurq.
Daha utanmamaq, sıxılmamaq, özünü sərbəst hiss etmək; tədricən mühitə, ətrafdakılara, şəraitə alışmaq. Usta Ağabala əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı. Çəmənzəminli. Qarnı doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. M.İbrahimov. Həyasızlaşmaq, daha çəkinməmək, sırtıqlaşmaq, əl-qol açmaq. İnkişaf etmək, kamilləşmək, zehni açılmaq, irəliləmək. Uşaq məktəbə gedəndən xeyli açılışıbdır. Paylaşın - Hamı bilsin
|