ARTİSTLİK (ID - 1751)is. Artistin sənəti, işi. Artistlik etmək. Artistliklə məşğul olmaq. Artistlik qabiliyyəti.
□ Artistlik etmək məc. - təlxəklik etmək, oyunbazlıq etmək, adamları güldürmək. Baş rolu ifa edən Qudurğana cənabları səhnədə... |
ARTMA (ID - 1752)1. “Artmaq”dan f.is.
2. is. Artan şey, artım. |
ARTMAQ (ID - 1753)f 1. Miqdarca, ölçücə və s.-də çoxalmaq; bol olmaq, üstə gəlmək. İnsan oxuduqca, biliyi artar.
// Törəyib çoxalmaq. Şiddətlənmək, güclənmək. Getdikcə soyuq artır. Dənizdə tufan durmadan artır. Yuxu gəlməz gözümə,... |
ARTRİT (ID - 1754)[yun.] tib. Oynaqların iltihabı. Artritin əlamətləri.
|
ARVA (ID - 1755)is. dan. İçinə şey qoyulan və ya tökülən qabların (qutu, kisə və s.) boş çəkisi, yeri; tara. Kisənin arvası bir kiloqramdır. Arvasını tutmaq (qabın boş çəkisini təyin etmək).
|
ARVAD (ID - 1756)is. Qadın. Arvadlar otaqda çəpik çalıb süzürdülər. Çəmənzəminli. Qulu Allahyara cavab verdi: - Arvad xeylağı ilə nə işiniz var? Mir Cəlal.
// Ərli qadın, əri olan, ya olmuş qadın. □ Arvad almaq - evlənmək. |
ARVADAĞIZ(LI) (ID - 1757)sif. dan. zar. Arvadından qorxan, arvadının sözü ilə oturub-duran; ağzıboş, aciz, cəsarətsiz (kişi haqqında). [Fatma xanım:] Səndə təqsir yoxdur, [təqsir] mənim arvadağızlı oğlumdadı. N.Vəzirov.
|
ARVADAĞIZ(LI)LIQ (ID - 1758)is. dan. Ağzıboşluq, acizlik, cəsarətsizlik.
|
ARVADARASI (ID - 1759)sif. dan. Arvadlar arasında olan; arvadlar arasında baş verən, yaxud arvadlara xas olan. Arvadarası söhbət.
|
ARVADBAZ (ID - 1760)is. dan. Qadın düşkünü, arvadların dalınca düşən kişi.
|
ARVADBAZLIQ (ID - 1761)is. dan. Arvadbaz kişinin xasiyyəti, qadın düşkünlüyü.
|
ARVADLAŞMA (ID - 1762)“Arvadlaşmaq”dan f.is.
|
ARVADLAŞMAQ (ID - 1763)f dan. 1. Getdikcə gəncliyini itirib, yaşlı arvada oxşamaq, yaşlı arvad halını almaq.
2. məc. Acizləşmək, cürət və cəsarətini itirmək, ağzının kəsərini itirmək. |
ARVADLI (ID - 1764)sif. 1. Evli; evi-arvadı olan. Arvadlı kişilər.
2. Yanında arvadı olan, arvadı ilə bərabər. Kişili arvadlı altı adamdır. |
ARVADLIQ (ID - 1765)is. Qadınlıq. [Tükəz:] Bu tüfəng-tapançanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram! M.F.Axundzadə. [Həmzə:] Canım, .. gedib arvadlığınızı eləsəniz! Ə.Əbülhəsən.
|
ARVAD-UŞAQ (ID - 1766)is. dan. 1. Ailə, külfət. Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. Çəmənzəminli.
2. Qadınlar və uşaqlar (bir yerdə). [Hacı Qurban:] Köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər, vaxt... |
ARVADÜZLÜ (ID - 1767)sif. dan. Arvada oxşayan. Arvadüzlü kişidən, kişiüzlü arvaddan əlhəzər. (Ata. sözü).
|
ARVANA (ID - 1768)is. məh. İki hörgüclü dişi dəvə. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev.
|
ARZU (ID - 1769)is. [fars.] 1. Bir şeyin olmasını ürəkdən istəmə; istək, dilək, əməl, həsrət. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır! M.İbrahimov. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var!...
|
ARZU-KAM (ID - 1770)is. b a x arzu 1-ci mənada.
|
ARZUKEŞ (ID - 1771)sif. [fars.] Arzu çəkən, ürəkdən istəyən, arzulayan, bir şeyin həsrətində olan.
|
ARZULAMA (ID - 1772)“Arzulamaq”dan f.is.
|
ARZULAMAQ (ID - 1773)f. Arzu etmək, can və ürəkdən istəmək, bir şeyin həsrətində olmaq, diləmək. Vətəni arzulamaq. - Dildarə müştaq oldu can, anın camalın arzular. Nəsimi. Cəfər əminin arzuladığı möhkəm hökumət gəlib çıxdı. H.Nəzərli....
|
ARZULANMA (ID - 1774)“Arzulanmaq”dan f.is.
|
ARZULANMAQ (ID - 1775)məch. Arzu edilmək, ürəkdən istənilmək, həsrəti çəkilmək.
|
ARZULU (ID - 1776)sif. 1. İstənilən, arzu edilən, dinlənilən.
Ürəyində arzusu, istəyi, diləyi olan, həsrətli. |
ARZUMAN (ID - 1777)is. köhn. İstək, ürək arzusu, məqsəd, məram. Çənlibel oylağım, Qırat dayağım; At minmədən arzumanım qalmadı. “Koroğlu”. İndən belə ölsəm arzu çəkmərəm; 0ükr Allaha, arzumana yetişdim. M.P.Vaqif.
|
ARZUMƏND (ID - 1778)is. [fars.] Ürəkdən istəyən, arzu edən. Lütf ilə zaman-zaman verib pənd; İslahıma olma arizumənd. Füzuli.
// Bir şeyin həsrətində olan. Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü; Arizuməndi-rüxialü ləbi-xəndaninəm.... |
ARZUSUZ (ID - 1779)sif. Həvəssiz, könülsüz, istəksiz.
|
ASAN (ID - 1780)sif. Zəhmət tələb etməyən, zəhmətsiz yerinə yetirilə bilən, zəhmətsiz əldə edilə bilən, zəhmətsiz rəf edilə bilən; yüngül (çətin ziddi). Asan məsələ. Asan iş. Asan sənət. Asan yol. - Rəsındır rənc çəkən karını...
|
ASANCA(SINA) (ID - 1781) zərf Asanlıqla, zəhmətsiz, çətinlik çəkmədən. Məsələni asanca həll etdim. Vəziyyətdən asanca çıxmaq.
Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox... |
ASANLAŞDIRILMA (ID - 1782)“Asanlaşdırılmaq”dan f.is.
|
ASANLAŞDIRILMAQ (ID - 1783)məch. Asan edilmək, yüngülləşdirilmək, sadələşdirilmək.
|
ASANLAŞDIRMA (ID - 1784)“Asanlaşdırmaq”dan fis.
|
ASANLAŞDIRMAQ (ID - 1785)f Asan etmək, yüngülləşdirmək, sadələşdirmək. Gediş-gəlişi asanlaşdırmaq. Məsələnin həllini asanlaşdırmaq.
|
ASANLAŞMA (ID - 1786)“Asanlaşmaq”dan f.is.
|
ASANLAŞMAQ (ID - 1787)f Getdikcə asan olmaq, daha asan olmaq; yüngülləşmək, sadələşmək. İşlər asanlaşdı. Neftdən benzin almaq işi xeyli asanlaşmışdır.
|
ASANLATMAQ (ID - 1788)b a x asanlaşdırmaq.
|
ASANLIQ (ID - 1789)is. Asan şeyin halı; yüngüllük (çətinlik ziddi). Məsələnin asanlığı. Təlim üsulunun asanlığı.
|
ASANLIQLA (ID - 1790)zərf b a x asanca(sına). [Miss Hanna:] ..Məni çox asanlıqla doğru yoldan azdıra bildilər. M.S.Ordubadi. Ağır idman daşlarını [Gülşən] asanlıqla qaldırırdı.. Süleymanov.
|
ASAR (ID - 1791)is. [ər. “əsər” söz. cəmi] köhn.
Əlamət, əsər, nişanə. Ol Məşhədə Zeyd olub mücavir; Asari-sədaqət etdi zahir. Füzuli. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib asari-rüşd özündə mülahizə elədi,... |
ASAYİŞ (ID - 1792)is. [fars.] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq. Elmlər sayəsində .. insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə....
|
ASBEST (ID - 1793)is. [yun.] miner. Odadavamlı maddələr, inşaat materialları və s. hazırlanmasında işlədilən lifli mineral. Uralda böyük asbest yataqları var.
|
ASDIRILMA (ID - 1794)“Asdırılmaq”dan f.is.
|
ASDIRILMAQ (ID - 1795)“Asdırmaq”dan məch.
|
ASDIRMA (ID - 1796)“Asdırmaq”dan f.is.
|
ASDIRMAQ (ID - 1797)“Asmaq”dan icb.
|
ASEPTİK (ID - 1798)sif. tib. Aseptika vasitəsilə mikroblardan təmizlənmiş. Aseptik sarğı.
|
ASEPTİKA (ID - 1799)[yun.] tib. Yaranı mikroblardan qorumaq üçün ona toxunulacaq bütün şeyləri fiziki vasitələrlə (qaynatmaqla, isti hava verməklə və s.) zərərsizləşdirmə üsulu. Aseptika qaydaları.
|
ASFALT (ID - 1800)[yun.] 1. Təbii və ya süni surətdə hasil edilən qara rəngli, bərk, qatranaoxşar kütlə (küçələrə döşəmək, lak və s. hazırlamaq üçün işlənir). Asfalt zavodu. Küçələrə asfalt döşəmək. - Asfaltın boğuq istisi adamın...
|
Bu səhifə dəfə baxılıb