ASFALT[yun.] 1. Təbii və ya süni surətdə hasil edilən qara rəngli, bərk, qatranaoxşar kütlə (küçələrə döşəmək, lak və s. hazırlamaq üçün işlənir). Asfalt zavodu. Küçələrə asfalt döşəmək. - Asfaltın boğuq istisi adamın nəfəsini təngidirdi. M.Hüseyn.
Sif. mənasında. Asfalt döşənmiş, asfaltlı. Dəmiryol stansiyasından gələn asfalt yol rayon mərkəzindən keçirdi. Ə.Vəliyev. Kombaynın işlədiyindən arxayın olan İkram sürətlə asfalt yola yetişməyə can atırdı. Ə.Əbülhəsən. Asfaltlanmış yol, küçə, meydança və s. Burada 8-9 yaşlı uşaqlar oynaşır, asfalt üstündə velosiped sürürlər. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|