İzahlı lüğət

ARZU

is. [fars.] 1. Bir şeyin olmasını ürəkdən istəmə; istək, dilək, əməl, həsrət. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır! M.İbrahimov. Mən də bir insanam, mən də canlıyam; Mənim də qəlbimin arzuları var! S.Vurğun. Bu məktubun
hər sətrində ürək çırpınır; Böyük arzu, böyük əməl, dilək çırpınır.. R.Rza.
□ Arzu etmək - bir şeyin olmasını ürəkdən istəmək. Sağ-salamat gedib, qələbə ilə qayıtmanızı arzu edirəm. M.S.Ordubadi.
□ Arzusu ürəyində qalmaq - istədiyinə çatmamaq. Arzusu yerinə yetmək - istədiyi şeyə nail olmaq. Arzusuna çatmaq - istədiyinə nail olmaq. [Mehri xanım:] Gecə-gündüz elədiyim arzulara çatmışam; sənə toy eləmişəm. Ə.Haqverdiyev. [Kəndlilər] bu il öz arzularına çata biləcəklərinə şübhə etmirdilər. M.İbrahimov. Arzusunda olmaq - istəmək, bir şeyin həsrətində olmaq.
2. Daxili ehtiyac, həvəs, meyil. Yemək arzusu. Mənim bu işə heç bir arzum yoxdur.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed